AZAL klubunun müdafiəçisi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Bu gün avrokubokların yeni mövsümünün püşkatması olacaq. Necə fikirləşirsən, “Neftçi” Çempionlar Liqasında hansı ölkə təmsilçisiylə düşməsə, daha yaxşı olardı?
- Bu yarışda iştirak edən komandaların çoxu güclü komandalar hesab edilir. Lakin mən istəməzdim ki, “Neftçi” ilk mərhələdə “Bazel”, “Dinamo” (Zaqreb) və Yunanıstanın “AEK” komandalarıyla düşsün. Çünki bunlar bu tip yarışmalarda daha təcrübəli, sözünü demiş klublardı. İlk mərhələdə bir az zəif komandayla düşməlidirlər ki, mərhələni adlaya bilsinlər.
- Bu günə qədər “Neftçi” klubu yalnız üç futbolçunun transferini reallaşdıra bilib. Necə düşünürsən, vaxtın azlığına nəzərə alsaq, optimal heyət yığa biləcəklər?
- Çempionlar Liqasında uğurlu çıxış etmək üçün yaxşı transferlər etmək mütləqdir. Düzdü, heyətə qatılan üç oyunçu səviyyəli futbolçudur. Lakin bunlar hələ çox azdır. Onların transfer siyasətlərini yaxşı bilmədiyim üçün dəqiq bir söz deməkdə çətinlik çəkirəm. Ancaq hər şeyə rəğmən, transfer edilən futbolçuların səviyyəsi yüksək olmalıdır. Çünki ola bilər ki, ilk mərhələdəki rəqibləri çox adlı-sanlı olsun. Hər şeyə hazır olmalıdırlar.
- Bəs, Avroliqada çıxış edəcək klublarımız haqda nə deyə bilərsən?
- İnanıram ki, onlar bu il daha uğurlu çıxış edə biləcəklər. Hər bir klubun arzusu irəliyə doğru addım atmaqdır. Ən azı “Qarabağ”ın uğurlarını təkrarlamaq istəyirlər. Bunu da öhdəsindən gəlməlidirlər. Axı, bizim Belarusiya klublarından nəyimiz əskikdir? Klublarımızın maliyyəsi də onlardan qat-qat artıqdır. BATE qrup mərhələsində yer ala bilirsə, biz niyə ora düşməyək?
- Bəs, “Xəzər Lənkəran” haqda nə deyərdin?
- Lənkəran təmsilçisi Çexiya klublarının biriylə qarşılaşsa, daha yaxşı olar. Çexiya millisinin futbolçularının çoxusu Avropa klublarında top qovur. Yerli klublarda oynayan güclü futbolçular demək olar azdır. Rumıniya klublarıyla düşməsini istəməzdim. Ona görə ki, onların çoxusu əla komanda təsiri bağışlayır və hər il uğurlu çıxışlarla yadda qalır.
- Ümumiyyətlə, bu il hansı komandamızdan daha yaxşı çıxış gözləyirsən?
- “İnter”in transferlərini xüsusi vurğulamaq istərdim. Heyətinə qatdığı oyunçuların çoxusu, Avropa təcrübəsinə malik futbolçulardır. Həmçinin onların oyun üslublarını və taktiki gedişlərini də vurğulamaq olar. Bir də “Bakı”nın daha yaxşı çıxış edəcəyini gözləyirəm. Bir sözlə, irəliyə doğru getməliyik. Bu bir il ərzində çəkdikləri əziyyəti dəyərləndirməlidirlər.Hər birinə bu yolda uğurlar arzulayıram. İnşallah, hər bir klubumuz bizləri və Azərbaycan azarkeşlərini sevindirəcəklər.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində