Bu müsahibə "Unibank"ın sponsorluğu ilə hazırlanıb.
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- "Avro-2012"nin 1/4 final mərhələsi çərçivəsində keçirilən Almaniya – Yunanıstan matçını turnirin ən baxımlı və maraqlı qarşılaşması adlandırmaq olarmı?
- Deyərdim ki, bu oyun çempionatın ən yaxşı qarşılaşmalarından biri oldu. Bir mütəxəssis kimi deyə bilərəm ki, bu görüşdə həm sürət, həm də gözəl texnika nümayiş etdirildi. Mən hər zaman demişəm ki, heyətində tez-tez dəyişikliklər edən komandalar qalib gəlmək gücündə olurlar. Baxmayaraq ki, almanların bir neçə əsas heyət futbolçusu yox idi. Lakin meydana çıxan futbolçular onların yoxluğunu hiss etdirmədi. Bir sözlə deyə bilərəm ki, Almaniya komandası hazırda Avropada İspaniya millisindən də yaxşı futbol nümayiş etdirir.
- İkinci hissədə Yunanıstan komandası Samarasın qoluyla hesabı bərabərləşdirdikdən sonra sensasiya ola biləcəyini düşünmədiniz?
- İnanmırdım ki, yunanlar Almaniyanı keçsin. Bu digər komandalar Rusiya və ya Polşa olsaydı, ola bilərdi. Lakin yunanların Bundestimi məğlub edərək onları mübarizədən kənarlaşdıracaqları real deyildi. Əgər Almanlar hesabda geri düşsəydilər belə, istənilən vaxt sürəti qaldıraraq nəticəni öz xeyirlərinə dəyişə biləcəkdilər. Almaniya yığmasında iştirak edən hər bir futbolçu istənilən vaxt qarşılaşmanın taleyini həll etməyə qadirdi. Ona görə də, sürpriz olacağına inanmırdım.
- Elə əksəriyyət Almaniyadan böyükhesablı qələbə də gözləyirdi. Bəs siz necə?
- Almanlar qrup mərhələsində çox az qüvvə sərf edərək, növbəti mərhələyə adladılar. Bilirdim ki, digər qarşılaşmalarda da onların maksimum səviyyədə oynamağa gücləri çatacaq. Alman millisinin baş məşqçisi Yoahim Löv heyətdə tez-tez dəyişiklik etməklə, yorğunluğun yaranmasına imkan vermədi.
- Əgər almanlar çempionata hazır olmayan, zəif təsir bağışlayan Yunanıstan millisi ilə oyunda iki qol buraxdılarsa, bunun növbəti oyunlarda Bundestimə çətinlik yaradacağını düşünmürsünüz?
- Aydın görünürdü ki, almanlar yunanlara qarşı oyunda daha az müdafiəçidən istifadə edirdi. Lakin İspaniyayla mübarizə aparası olsalar, müdafiədə daha diqqətli oynayacaqlar. Həmçinin, İspaniya millisi Yunanıstan komandası kimi əks-hücum taktikası ilə oynayan deyil.
- Bu axşam baş tutacaq iki Avropa çempionlarının - İspaniya - Fransa millilərinin qarşılaşmasında, kimi daha şanslı görürsünüz?
- Hazırda ispanların ən böyük problemi hücum xəttidir. Bu sarıdan rəqibdən çox üstün olacağını söyləmək olmaz. Ancaq Fransa hələ ki, tam olaraq gücünü göstərə bilməyib. Belə deyək ki, onların "gizli silah"ı hələ var. Düşünürəm ki, Fransa komandası ispanlara qarşı oyunda "gizli silah"dan istifadə edəcək.
- Bəs, sizin favoritiniz hansı komandadır?
- Dünənki, qarşılaşmanı da nəzərə alsaq, finalda Almaniya komandasını görürəm. Baxmayaraq ki, mən özüm İspanlara azarkeşlik edirəm. Lakin bu gün reallıq almanların güclü olduğunu deyir. Finalda onlara Fransa və ya İtaliya yığmalarının rəqib olacağını düşünürəm.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı