Salyanın “Muğan” klubunun sabiq qapıçısı Edis Kurtanoviç Qol.Az-a müsahibə verib
- Edis, işlər necə gedir?
- Bosnyada dincəlirəm, mövsüm yeni qurtarıb baxaq görək bundan sonra necə olacaq.
- Azərbaycana qayıtmaq variantı var?
- Təklif olarsa, bu haqda düşünmək olar. Çünki Azərbaycan mənə yad ölkə deyil, orada 2 il futbol oynamışam.
- Azərbaycandakı ilk klubun olan “Muğan” daha Premyer Liqada çıxış etmir, bundan xəbərin var?
- “Muğan”a görə çox təəssüfləndim. Yaxşı klub idi, mən oynayan dönəmdə mövsümə əla start vermişdik, səfərdə “Neftçi”ni məğlub etmişdik. “Neftçi” üzərindəki qələbə hələ dəyadımdadır. Eşidəndə də ki, artıq "Muğan" adlı komanda yoxdur, pis oldum.
- İlk əvvəl əsas qapıçı idin bəs, sonra nə oldu ki, klubdan ayrıldın? Deyilənə görə, zədələnmişin...
- Düzdür, zədəm də var idi, amma bu, “Muğan”dan ayrılmağıma əsas səbəb olmadı. Sadəcə, baş verən məşqçi dəyişikliyi gedişimə təsir etdi.
- Daha sonra “Kəpəz”ə keçdin. Ancaq orada da uzun müddət duruş gətirmədin...
- Mən həm “Muğan”da, həm də “Kəpəz”də ilk vaxtlar əsas qapıçı olmuşam. Sonra baş verənlər isə mənə çatmayıb.
- Bəlkə buraxdığın səhvlər burada öz təsirini göstərib?
- Səhv etməyən qapıçı var? Axı, bir səhvə görə qapıçını komandadan çıxarmazlar.
- Hazırda Azərbaycan çempionatını izləyirsən?
- İnternet vasitəsilə izləməyə çalışıram.
- Ölkəmiz yaddaşında necə qalıb?
- Yaxşı günlərimdə olub, azarkeşlərdən də dəstək görmüşəm. Digər problemlər isə hər bir futbolçunun başına gələ bilər.
- Kimdənsə incikliyin yoxdur ki?
- Xeyr, heç kimdən incik ayrılmamışam.
Anar XANLAROV
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində