Bu müsahibə "Unibank"ın sponsorluğuyla hazırlanıb
Azərbaycan milli komandasının və “Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- “Avro-2012”də dünən Portuqaliyanın Çexiyaya qalib gələcəyini gözləyirdinmi?
- Məlum məsələ idi ki, Portuqaliya qalib gələcək. Lakin onların super oynadıqlarını söyləmək olmaz. Xeyli qol imkanları olsa da, yalnız birində fərqlənə bildilər. Mən isə Portuqaliyanın rəqib qapısına 3-4 top qol vuracağını gözləyirdim. Onların heyətində ulduz futbolçular çoxluq təşkil etsə də, komanda səviyyəsində zəif təsir bağışlayırdılar. Çexlərə gəldikdə, onların bura qədər gəlim çıxmaları böyük uğur idi.
- 2014-cü il dünya çempionatını seçmə mərhələsində Portuqaliya yığmasıyla bir qrupda oynayacağıq. Necə düşünürsən, onlarla oynamaq olarmı?
- Mənim fikrimcə, bütün vaxtların ən güclü Portuqaliyası məhz hazırkı komandadır. Onlara qarşı oynaya bilərik. Səfərdəki qarşılaşmanı deyə bilmərəm. Orada bizə çox çətin olacq. Lakin evdəki görüşdə böyük azarkeş dəstəyi altında heç-heçə edə bilərik.
- Portuqaliyalı müdafiəçilərin içərisində ən sərt və hətta kobud mübarizədən çəkinməyən Pepe haqda nə deyə bilərsən?
- Mənim Pepedən insan kimi xoşum gəlmir. Güclü futbolçu olduğunu etiraf edirəm. Elə Portuqaliya komandasının sol mövqeyinin güclü olmasında onun böyük rolu var. Lakin insanlıq xüsusiyyətləri baxımından onu bəyənmirəm. Pepedən zəhləm gedir.
- Dünya çempionatının seçmə mərhələsində bu futbolçuyla qarşılaşa bilərsən. Pepe rəqiblərinə qarşı amansızcasına oynayaraq, hətta onları ağır zədələrə də məruz qoyan bir futbolçudur. Bu amil səni qorxutmur ki?
- Mən özüm də yumşaq oynamağı sevmirəm. Həmçinin Azərbaycanda da Pepe kimi oynayan futbolçu az deyil. Məni tanıyanlar da bilir ki, heç vaxt sərt mübarizələrdən çəkinən olmamışam. İnşallah, qismət olsa, Pepeyə qarşı da oynayaram. Ondan çəkinmirəm.
- Ümumiyyətlə, bu Avropa çempionatında hansı müdafiəçi və hücumçuların çıxışını xüsusi vurğulayardın?
- Müdafiəçilərdən Portuqaliya yığmasının futbolçusu Koentraonu qeyd edərdim. Bu futbolçu öz mövqeyində çox gözəl çıxış edir. Əbəs yerə də, “Real”ın əsas futbolçularından sayılmır. Hücumçulardan isə almaniyalı Mario Qomes və Kriştiano Ronaldonu bəyənirəm. Elə bir çoxu əvvəlcədən bu futbolçuların qollar vuracağını söyləyirdi. Fikrimcə, daha çox qol vurmaq üçün mübarizə bu iki futbolçunun arasında gedəcək. Lakin mənim ən çox rəğbət bəslədiyim hücumçu Fernando Toresdir.
- Hazırda dünyada iki ən güclü hücumçu kimi Messi və Ronaldo göstərilir. Bəs, sən bunlardan hansını daha güclü hesab edirsən?
- Ronaldo dünyanın ən güclü hücumçusu ola bilər. Lakin artıq deyildiyi kimi, Messi bu dünyanın adamı deyil.
- Səncə, bugünkü Almaniya –Yunanıstan qarşılaşmasında surpriz ola bilər?
- Bunu mümkün hesab etmirəm. Yunanların da çıxışı bura kimidir. Fikrimcə, almanlar bu görüşdə çox rahat qalib gələcəklər. Düzdü, yunanlar bir az əsəblərlə oynayan komandadır. Lakin inanmıram ki, bu amil hər zaman soyuqqanlı, təmkinli futbol oynayan almanlara təsir etsin. Onlar oyun intizamına görə dünyanın ən güclü komandası hesab edilirlər.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində