“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Qol.Az-a müsahibəsində bir vaxtlar rəhbərliyi altında oynamış Ruslan Abışovun “Xəzər Lənkəran”a keçidinə münasibət bildirib
- Hazırda Azərbaycan futbolunda ən çox müzakirə olunan mövzulardan biri də Ruslan Abışovun “Neftçi”dən əzəli rəqini olan “Xəzər Lənkəran”a keçidir. Bəziləri Ruslanı pula üstünlük verdiyinə görə qınayır. Bəziləri isə əksinə, aparıcı futbolçusunu saxlaya bilmədiyi üçün “Neftçi”ni tənqid edir. Ruslan sizin də rəhbərliyiniz altında oynayıb və ilk çempionluğunu da məhz sizin rəhbərliyiniz altında qazanıb. Bu mənada onun “Xəzər Lənkəran”a keçidinə sizin də münasibətinizi bilmək maraqlı olardı...
- Öncə ondan başlayım ki, Ruslan futbolçudan öncə insan kimi ən xoş sözlərə layiqdi. Bilirsiniz ki, yaxşı futbolçu olmaq olar, amma, yaxşı insan olmaq çox çətindi. Ancaq Ruslan həm futbolçu kimi yaxşı futbolçudur, həm də insan kimi yaxşı insandır. O ki qaldı onun yüksək məbləğ müqabilində “Xəzər Lənkəran”a keçidinə, Ruslan bu qiyməti öz oyunu ilə qazanıb. Həm də necə olur ki, xaricdən gələn və bizimkilərdən güclü olmayan legionerlərə külli miqdarda pul xərcləyirik, ancaq özümüzünkülərə yox? Məncə, Ruslan yüksək məbləğə layiqdir və öz layiq olduğu məbləği irəli sürüb.
- Ruslanı “Neftçi”yə xəyanətdə günahlandıranlar da var.
- Yox, nə xəyanət? Ruslan komandasını yarı yolda qoyub qaçmayıb ki. Müqaviləsi bitib və o da peşəkar futbolçu kimi başqa kluba keçib, burada hansı xəyanətdən söhbət gedə bilər?
- Bu cür söhbətlər də gəzir ki, Ruslan özünün süni reklamını apardı, xarici klubların maraq dairəsində olduğunu deməklə qiymətini qaldırdı və yekunda istədiyi məbləğə “Xəzər Lənkəran”a keçdi. Buna münasibətiniz?
- Yenə deyirəm, əgər futbolçu bu məbləğə layiqdirsə, niyə almasın? Ruslan da çox yaxşı futbolçudur və öz oyununu nəzərə alıb bu qiyməti özünə qoyub. “Xəzər Lənkəran” da bu pulu ödəyib və onu heyətinə qatıb.
- Bəs, “Neftçi” həmin məbləği ödəyib Ruslanı heyətində saxlaya bilməzdi?
- Ola bilsin burada büdcə amili də öz sözünü deyib. Yəqin Ruslanın tələb etdiyi məbləğ “Neftçi”nin büdcəsinə uyğun olmayıb.
- Necə düşünürsünüz, Ruslan “Xəzər Lənkəran”da da “Neftçi”də oynadığı oyunu oynaya biləcək? Yəni uyğunlaşmanı nəzərdə tuturuq...
- Bax, bu, ən ağır məsələdir. Burada hər şey Ruslanın özündən asılı olacaq. Ümumiyyətlə, onu deyim ki, Abışov “Xəzər Lənkəran”a keçməklə həm də ağır, psixoloji bir yükün altına girmiş oldu. Bu iki klub arasındakı prinsipiallığı hamınız bilirsiniz. Təbii ki, söhbət idman prinsipiallığından gedir. Əgər Ruslan özünü sübut edə bilsə, bu təzyiqlərə tab gətirsə, o zaman özünü sübut etmiş olacaq. Yox, əgər özünü sübut edə bilməsə və “Xəzər Lənkəran”dakı karyerası alınmasa, o zaman haqqında gəzən siz deyən söz-söhbətləri gerçəkləşdirmiş olacaq.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı