“Bakı” klubunun boliviyalı yeni transferi Luis Enrike Rodrigesin Qol.Az saytına müsahibəsi
- Azərbaycan sənin çıxış edəcəyin ilk Avropa ölkəsi olacaq?
- Doğrudur. Bakıya gəlmək üçün çox böyük məsafədə yol qət etdim. Lakin bura gəldiyimə peşman deyiləm. Azərbaycanda məni çox yaxşı qarşıladılar. "Bakı"dan təklif gələrkən dərhal onu qəbul etdim. Çünki çox istəyirdim ki, vətənimdən kənarda çıxış edim.
- Niyə məhz “Bakı” klubunu seçmək qərarına gəldin? Ümumiyyətlə, digər klublardan sənə təkliflər vardımı?
- Boliviyada bir neçə yerli klubdan dəvət almışdım. Sadəcə, qırağa çıxaraq özümü başqa ölkənin çempionatlarında da sınamaq istəyirdim. Ona görə də “Bakı”nın təklifi lap yerinə düşdü.
- Amma şübhəsiz ki, “Bakı”nın seçməyində maddiyyat birinci rolu oynayıb.
- Bunu həm maddi, həm də Avropada oynamaq istəməyimlə bağlamaq olar.
- Ölkəmizə gəlməzdən öncə Azərbaycan haqda məlumatın vardımı?
- Yox.
- Bəs, Azərbaycana gəldikdən sonra ilk təəssüratların necə oldu?
- Bakı gözəl bir şəhərdir. Klubun isə çox gözəl şəraiti var. “Bakı”da oynamaq məsuliyyətli iş olacaq. Məni burada çox isti qarşıladılar. Gördüklərimdən sonra anladım ki, hər şey peşəkar səviyyədədir. Yəni hər kəs öz işinin nədən ibarət olduğunu yaxşı bilir. Mən də, çalışacağam ki, “Bakı”nın Avroliqada yaxşı çıxış etməsi üçün əlimdən gələni edim.
- Avrokuboklarda “Bakı”nın şanslarını necə dəyərləndirirsən?
- Bunu indidən dəqiq söyləmək mümkün deyil. Mən komandaya yeni gəlmişəm. Hələ indi-indi çalışıram ki, kluba öyrəşəm. Ancaq gəlişimin ilk günündən bəri gözəl bir kollektivin şahidi oldum. Artıq bir həftədən çoxdur ki, komandayla birgə məşqlər edirəm. Fikrimcə, belə iddialı və işlərinə peşəkar yanaşan komandayla Avroliqada irəliyə gedə bilərik.
- Klubda məşqçi və bəzi futbolçularla ünsiyyət problemi səni narahat etmir? Necə düşünürsən, Azərbaycan futboluna adaptasiyan uzun çəkməyəcək ki?
- Artıq Bakı şəhərinin havasına uyğunlaşmağa başlayıram. Dillə bağlı problemə gəldikdə, heyətimizdə mənimlə eyni dildə danışan çox futbolçular var. Digər futbolçular və məşqçiylə tərcüməçi vasitəsiylə ünsiyyət quracağıq. Məncə, elə bir problem yaşamayacağam.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"