Bu müsahibə "Unibank"ın sponsorluğuyla hazırlanıb
“Qarabağ” komandasının qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Bu il Ukrayna və Polşada keçirilən Avropa çempionatında çıxış edən komandalar içərisində hasıları səni daha çox təəcübləndirdi?
- Doğrudan da, “Avro 2012”nin final mərhələsi çox maraqlı keçir. Komandalar arasında qrupdan çıxmaq üçün amansız mübarizə gedir. Birinci növbədə Rusiya millisinin belə halla rastlaşacağını heç gözləmirdim. Çoxları kimi mən də onların qrupdan çıxacaqlarını düşünürdüm. Lakin gözlənilənlərin əksinə oldu. Görün, necə bir maraqlı və sürprizlərlə dolu çempionatdır ki, autsayderlərdən hesab edilən Yunanıstan və Çexiya milliləri növbəti mərhələyə keçdilər. Həllə çempionatın fovaritlərindən hesab edilən Hollandiyanın üç oyunun hamısında məğlub olaraq qrupda qalması futbol azarkeşlərinə şok yaşatdı. Səhv etmirəmsə, belə hal Hollandiya futbolu tarixində hələ baş verməmişdi.
- Əgər Danimarka komandası qrupdan çıxsaydı, bu yığmadan nə gözləmək olardı?
- Birinci növbədə onları çempionatın ən döyüşkən və komanda oyununa üstünlük verən yığması adlandırardım. Birdə ki, “ölüm qrupu”ndan çıxsaydılar, finala qədər gedə bilərdilər. Bu, əlbəttə, mənim fikrimdir. Az qala almanları məğlub edərək daha bir sensasiyaya imza atacaqdılar. Ümumiyyətlə, “ölüm qrupu”nda növbəti mərhələyə vəsiqəni almanlar və hollandların qazanacağı gözlənilirdi. Lakin sürprizlərlə dolu olan bir oyun olduğu bir daha sübuta yetirildi.
- Bəs, daha çox hansı komandaların çıxışlarını bəyəndin? Ümumiyyətlə, hansı yığmaları finalda görürsən?
- Almanlar və ispanları favorit sayıram. Eyni zamanda xorvatların da qrupdan çıxaraq sensasiyaya imza atacaqlarını gözləmək olar.
- İtaliya millisinin qrupdan çıxmaq şanslarını necə dəyərləndirərdin?
- İtaliya həm Avropa, həm də dünya çempionatlarının qrup mərhələlərindən hər zaman çox çətinliklə çıxır. Lakin bu dəfə fikrimcə, işləri çox çətinə düşüb. Məncə, İtaliya qrupdan çıxmaya da bilər.
- Çempionatda hansı millinin qapıçısı səndə yaxşı təsir bağışladı?
- Mənə bu yarışmada hələ ki, iki qapıçının çıxışı xoş təsir bağışlayır. Bunlar ukraynalı Andrey Pyatov və almaniyalı Manuel Noyerdir.
- Belə çempionatda Azərbaycan millsinin iştirak etməməsi sənə necə təsir edir?
- Bu tip turnirlərdə iştirak etmək hər futbolçunun arzusudur. Əlbəttə, şəxsən mən “Avro-2012”də oynamadığıma görə utanc hissi keçirirəm. Lakin bugünkü reallıqla barışmaq lazımdır ki, biz futbolda çox-çox geridə qalırıq.
- Bir az da “Qarabağ”dan danışaq. Səni əsas heyətdən sıxışdıraraq uzaqlaşdıran Boyan Pavloviç artıq komandanı birdəfəlik tərk edib. Onun gedişini sənin üçün yeni bir şans adlandırmaq olar?
- “Qarabağ” bu qapıçıyla müqaviləni uzatmaqda maraqlı olmadı. Mənim özüm də Türkiyədəki müayinəmlə bağlı səfərdən qayıtdıqdan sonra yeni müqaviləyə imza atmışam. Əlbəttə, etiraf edirəm ki, bu amil yenidən əsas heyətdə çıxış etmək şanslarımı daha da yüksəltdi. Çalışacağam ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərib əsas heyətdə yerimi təmin edim. Boyanın yerinə digər bir qapıçı gətirilməsi nəzərdə tutulsa da, sağlam rəqabətdə qalib gəlmək istəyirəm.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı