Bu müsahibə "Unibank"ın sponsorluğuyla hazırlanıb
"Qarabağ" klubunun yarımmüdafiəçisi İlqar Qurbanovun Qol.Az saytına müsahibəsi
- İlk öncə Ukrayna və Polşada keçirilən "Avro-2012"nin final mərhələsindəki komandaların çıxışlarını dəyərləndirməyini istərdik...
- Açığı, Polşa millisinin çıxışını bəyənmədim. Mən onlardan daha uğurlu çıxış gözləyirdim. Lakin gözlənilənlərin əksinə oldu. Rusların bu çempionatda daha güclü təsir bağışladığı açıq-aydın görünür.
- Bəs, Hollandiya millisinin belə uğursuz çıxış etmələrində əsas problemi nədə görürsən?
- Hollandlar bu yarışmada iddialı komandalar arasında ən zəif təsir bağışlıyanı oldu. Zəif çıxış etmələrinə səbəb kimi "narıncılar"ın komanda oyununa deyil, fərdi oyuna üstünlük vermələrində görürəm. Hansı milli komanda oyununa üstünlük verirsə, uğur daha çox onun tərəfində olur. Hollandların qrupdan çıxacaqlarına inanmıram. Çətin ki, bu baş versin.
- "Avro-2012"nin oyunlarında surpriz komanda kimi hansı yığmanın adını çəkə bilərsən?
- Fikrimcə, bu komanda Danimarka millisidir. Çünki onlar Hollandiya kimi güclü komandanı məğlub etməklə yanaşı, az qala Portuqaliyanın da qrupdan çıxmaq şanslarının üstündən xətt çəkəcəkdilər. Danimarkanın belə uğurlu çıxış etməsini bütünlüklə komanda oyununa üstünlük verməsi və xarakter nümayiş etdirmələridir.
- Çoxları Ukrayna komandasından uğurlu çıxış, hətta doğma meydanda qələbə gözləsələr də, yanıldılar...
- Ukraynanın baş məşqçisi Oleq Bloxin oyundan bir neçə gün öncə uduza biləcəklərini söyləmişdi. Çünki İsveç millis üzərindəki qələbədən sonra futbolçular sanki, göylərdə gəzirdilər. Doğurdan da, Ukraynalılar dünənki qarşılaşmada potensiallarından aşağı çıxış etdilər. Sevçenko çox çalışsa da, bir şey edə bilmədi. Bir də ki, kömək olmasa Şevçenko tək nə edə bilərdi.
- Baş məşqçin Qurban Qurbanov yerli hücumçularımızın 35 yaşlı Şevçenkodan örnək götürməli olduqlarını söyləyib. Buna münasibətin necədir?
- Qurban müəllim düz deyir. Mən onun fiki ilə razıyam. İlk növbədə ona görə ki, Qurban müəllimin üzərində işləyən futbolçuya böyük hörməti var. Bir sözlə, yaşından asılı olmayaraq futbolçu öz üzərində çalışırsa, bunun bəhrəsini mütləq görəcək. Şevçenko da, öz üzərində çalışmasaydı, belə çətin vəziyyətlərdən qol vuraraq komandasına qələbə gətirə bilməzdi. Nə olsun ki 5-10 il bundan öncə dünyanın ən güclü futbolçusu olub. İstənilən futbolçu öz üzərində çalışmalıdr.
- Səncə, məğlubiyyətə əsas səbəb kimi futbolçuların əksəriyyətinin eyforiyaya qapılmasını göstərmək olar?
- Bəli, İsveç üzərindəki qələbədən sonra hər kəs ukraynalıları alqışlayırdı. Bu amil futbolçuların çoxusunun başını gicəlləndirdi. Onlar sanki havada uçurdular. Belə davam etsə, Ukrayna millisi qrupdan çıxa bilməyəcəklər.
- Fransa millisi favorit hesab olunmasa da, onlar gözəl oyun nümayiş etdirirlər. Necə fikirləşirsən, finalda bu komandanı görə bilərik?
- Fransızların çıxışı, topa nəzarət etmək bacarıqları çox xoşuma gəldi. Komanda yeni futbolçulardan təşkil edilib. Ona görə də, sürprizə imza ata bilərlər. Mən də düşünürəm ki, finala kimi getmək gücündədirlər.
- Bəs İsveç - İngiltərə qarşılaşması (2:3) haqda nə deyərdin?
- Həmin görüşdə biz açıq və gözəl futbolun şahidi olduq. Bolqollu bir matç baş tutdu. İsveçlilər də rəqibləriylə başa-baş mübarizədən çəkinmirdilər. Bir də ki, ingilislərin baş məşqçisi Roy Hodsonun Teo Uolkotu meydana vaxtında buraxması öz bəhrəsini verdi. Məncə, İngiltərə millisi növbəti oyunda Runinin iştirakı ilə daha təhlükəli olacaq.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”