Bu müsahibə “Unibank”ın sponsorluğuyla hazırlanıb
“Simurq” klubunun qapıçısı Dmitri Kramarenkonun Qol.Az saytına müsahibəsi
- Ukrayna və Polşada keçirilən Avropa çempionatıyla bağlı fikirlərin necədir?
- Hələlik bəyəndiyim komandalar İspaniya və Rusiyadır. İtaliyalıların hesabında cəmi iki xal olmasına baxmayaraq, qrupdan çıxacaqlarını zənn edirəm. Xorvatlar isə fiziki cəhətdən çox xoşuma gəldi. Hollandiya millisi hardasa gözlənilən ümidləri doğrultmadılar. Almanlar haqda artıq söz deməyə ehtiyac yoxdur. Onlar hər zamankı kimi, çox iddialı olduqlarını göstərdilər.
- Təşkilatçı ölkə Ukraynanın oyunu barəsində nə deyə bilərsən?
- İsveçlə ilk qarşılaşmada əla təsir bağışladılar. Məncə, Ukrayna bu gün Fransayla oyunda da qələbə qazana bilər. İlk növbədə ona görə ki, doğma meydanda böyük azarkeş dəstəyi altında meydana çıxacaqlar. İkincisi isə bu komanda kollektiv kimi çox yaxşı təsir bağışlayır.
- Bəs, vurduğu iki qolla komandasına qələbə gətirən 35 yaşlı Andrey Şevçenko barədə fikrin necədir?
- Şevçenko haqda yalnız xoş sözlər demək olar. Baxmayaraq ki, çoxları onun bu turnir üçün yaşlı olduğunu deyirdi. Amma o, vurduğu qollarla hər kəsi təəccübləndirdi. Məncə, 35 yaş Avropa çempionatı üçün yüksək deyil. Görün, Avropa klublarından bu yaşda karyerasını davam etdirən nə qədər futbolçu var. Ancaq mən Ukraynanın qələbəsində təkcə Şevçenkonu deyil, bütün kollektivin gözəl oyununu vurğulamaq istərdim. Bu heyətdə futbolçular bir-birlərini əla başa düşürlər. Bəlkə də, onlarda Almaniya və İspaniya kimi yüksək səviyyəli oyunçu yoxdur. Lakin Ukraynanın oturuşmuş əla heyəti var.
- Necə düşünürsən, bizim futbolçular Şevçenkodan örnək götürməlidirlər?
- Bizim futbolçuların vəziyyəti acınacaqlıdır. Bir az özlərini düzəldən kimi, yollarından çıxırlar. Ev və maşınları olandan sonra futbol hardasa ikinci plana keçir. Ancaq futbol elə bir idman növüdür ki, hər gün bir az da artılmalısan. Yəni, peşəkar yanaşmaq lazımdır.
- Bu Avropa çempionatında sənin favoritin hansı komandadır?
- İspaniya. Onların göstərdiyi texnikalı və sürətli futbolu hələ çox iddialı yığma göstərə bilməyib. Onların topu özlərində çox saxlamaları və dayanmadan ötürmə etmələri fantastik göstəricidir. Çünki bunları edən zaman futbolçularda yorğunluq əmələ gəlir. Futbolçu yoruldusa, artıq səhvlər etməyə başlayır. Lakin ispanlarda bu yorğunluq demək olar ki, hiss olunmur.
- Çempionluğa iddialılar sırasında olan Hollandiyanın qrupdan çıxa bilməyəcəyini söyləmək olar?
- Əksinə mən düşünürəm ki, hollandlar qrupdan çıxacaqlar. Çünki belə peşəkar komandalar adətən sonradan nəticə verməyə başlayır. Belə götürəndə şansları hələ qalmaqdadır.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi