Bakının “İnter”in klubunu yeni transferi, “Neftçi”nin sabiq futbolçusu Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Niyə “Neftçi”də qalmayıb “İnter”ə keçdin?
- Orada məni saxlamaq istəyirdilər. Sadəcə, klubun prezdenti Sadıq Sadıqovla görüşə bilmədim. Mən “Neftçi”də çox vaxt əsas heyətdə yer alırdım. Xüsusən də, son vaxtlar. Ancaq sonradan eşitdim ki, mövqeyimə legioner futbolçu gətiriləcək. Odur ki, fikirləşdim ki, meydanda daha çox yer ala biləcəyim komandaya getmək lazımdır. Bir çoxları bu qərarımı qəbul etmək istəmir. Hətta fanatlar mənə iradlarını bildirərək yazırlar ki, “Neftçi”nin pulu sənə haram olsun”. Onların deməyindən belə çıxır ki, futbolçu bir klubdan digərinə keçəndə, şərəfini satır. Bu, düzgün yanaşma deyil. Mən futbolçuyam və istənilən klubda oynaya bilərəm.
- Səncə, Sadıq Sadıqov onunla söhbət etmədən belə qərarı verdiyin üçün səndən inciməyəcək ki?
- Çox şalışsam da, Sadıq müəllimlə görüşə bilmədim. Əslində, Sadıq Sadıqovun mənə çox köməkliyi dəyib. Bəlkə də, elə biləcək ki, mən “Neftçi”ni pula görə dəyişmişəm. Lakin yaxın zamanda Sadıq Sadıqovla görüşərək, ondan halallıq alacağam. Çalışacağam ki, bu görüşü bu gün həyata keçirim. Çünki sabahdan komanda bir yerə toplaşaraq təlim-məşq prosesinə başlayacaq. Sonra da baş qarışıq olacaq. Bilirəm ki, Sadıq müəllim məndən bir az inciyib. Sadıq Sadıqovla təkbətək söhbət etsək, məni başa düşəcək ki, “Neftçi”dən niyə ayrılmışam. Mən Sadıq müəllimlə aramızda heç vaxt pul söhbəti etməzdim. Yeri gələndə ehtiyacım olub, Sadıq müəllimdən iki aylıq əmək haqqımın erkən verilməsini xahiş etmişəm. Çox sağ olsun ki, həmişə dəstək olub.
- Hər halda, “İnter”ə transferində pul amili nə dərəcədə rol oynadı?
- Mən “Neftçi”dən pula görə ayrılmadım. Əgər pul məsələsi olsaydı elə “Xəzər Lənkəran” klubunu seçərdim də. Onlar mənə “Neftçi” və “İnter”dən daha çox pul təklif edirdilər. Yeri gələndə “Xəzər Lənkəran”da mənim ən yaxın dostlarımdan olan Kamran Ağayev, Kamal Bayramov, Rahid Əmirquluyev və yeni transferləri Ruslan Abışov olacaqdı. Hazırda mənim pulu fikirləşən vaxtım deyil. Birinci növbədə oynamağı düşünürəm. Azdan-çoxdan bir balaca ad qazanmışıq. Lazımdır ki, bu yöndə davam edərək, irəlliyə doğru gedim. Sözün düzü, “Xəzər Lənkəran”da oynamaq ehtimalım az idi. Ona görə də, məsləhətləşərək öz qərarımı verdim. Atam da mənə məsləhət gördü ki, Kaxaber Sxadadzenin yanına gedim. Gürcü mütəxəssis mənə söylədi ki, “sənə güvənirəm və lazımınca oynamaq üçün şans verəcəyəm. Çalış, bunu doğrultmağı bacar”.
- Hazırkı komandan “İnter”dən Avroliqada nə gözləyirsən?
- Çox deyirdilər ki, “İnter”in heyətində yaxşı futbolçular yoxdur. Avropa yarışlarında mübarizə aparmaq üçün komandaya səviyyəli futbolçular cəlb etmədiklərini bildirirdilər. Lakin indi heyətə nəzər saldıqda komandaya nə qədər güclü futbolçuların toplaşdığını görəcəksiniz. Çoxusu da Avropa miqyaslı yarışlarda təcrübəsi olan futbolçulardır. Elə Slavço Georgiyevski, Georgi Adamiya, və Tales Şuts kimi təcrübəli futbolçuları misal göstərmək olar. Kaxaber Sxadadze zəif mütəxəssis deyil ki, transferlərdən başı çıxmasın və ya zəif futbolçuları komandaya cəlb etsin. Ona görə də, inanıram ki, “İnter” bu il Avropada uğurlu çıxış edəcək.
- Bəs, sabiq komanda yoldaşın Ruslan Abışovun fantastik bir məbləğə “Xəzər Lənkəran” klubuna keçməsi haqda nə söyləyə bilərsən?
- Bu, Ruslanın şəxsi işi və öz qərarı idi. Futbolçunun çörəyi futboldan çıxır. Futbolçu da meydanda pul qazanmaq üçün əziyyət çəkir. Özü də bilirsiniz ki, futbolçu ömrü, karyerası çox az ola bilər. Ona görə də gələcəkdə nələr ola biləcəyini heç kəs bilə bilməz. Bu üzdən hər bir futbolçu gələcəyini maddi baxımdan sığortalamalıdır. O, öz seçimini edərək “Xəzər Lənkəran”ı seçdi. Ruslana işlərində uğurlar arzulayıram.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi