Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Yəqin ki, Polşa və Ukraynada keçrilən Avropa çempionatının oyunlarını izləyirsiniz. Sizə daha çox xoş hansı komanda yaxşı təsir bağışlayır?
- Bəli, çox maraqla izləyirəm. Bir çox komandaların adlarını sadalamaq olar. Lakin oyun üslubunu bəyəndiyim İspaniya komandasını çıxışını xüsusi vurğulamaq istərdim.
- Keçmiş SSSR-i ölkələrindən olan Ukrayna və Rusiya komandalarının çıxışlarını necə qiymətləndirərdiniz?
- Bu komandalar hələ məğlubiyyət acısı yaşamayıblar. Lakin onu deyim ki, Rusiyanın əvvəlki çıxışları daha maraqlıydı. Dünənki qarşılaşmasında qoldan sonra Rusiya komandasında arxayınlaşma hiss olundu. Bunun nəticəsi kimi, qələbəni əldən verdilər. Bir sözlə, polşalılar sübut etdilər ki, futbolda arxayınlaşmaq olmaz. Ancaq belə götürəndə qrupdan birinci çıxa biləcək komanda Rusiyanı hesab edirəm.
- Bəs, Hollandiya və Portuqaliyanın zəif çıxışını nə ilə əlaqələndirərdiniz?
- Portuqaliyanın almanlarla qarşılaşmada bəxti gətirmədi. İstər ilk hissədə, istərsə də, ikinci yarıda. Hətta qapılarında qol gördükdən sonra belə, bir neçə qol şansını qaçırdılar. Düşünürəm ki, Potuqaliya bugünkü qarşılaşmada öz sözünü deyəcək. Açığı, Danimarka futbolunu bəyənmirəm. Həmçinin də inanmıram ki, Danimarka nəsə uğur əldə edə bilsin. Hollandiyanın da qrupdan çıxmaq üçün şansı qalır. Onların danimarkalılara məğlubiyyətini sensasiya adlandırmaq olar.
- Bu Avropa çempionatında sizin fovaritiniz kimdir?
- İspaniya. 2010-cu il dünya çempionatında da onlara azarkeşlik edirdim. Bu Avropa çempionatında ispanlar çempion olmasalar da, ən azıı ikinci yeri tutmalıdırlar.
- Bəs, hakimliyin səviyyəsi barədə nə deyə bilərsiniz?
- Hələ ki, bəyəndiyim yeganə hakim türkiyəli Cüneyt Çakırdır. Demək olar ki, oyunu səhvsiz idarə etdi. Lakin Avropa çempionatı olmasına baxmayaraq, digər hakimlərin idarəçiliyindən narazı qaldım. Elə səhvlərə yol verdilər ki, çox təəccübləndim.
- Növbəti mövsümdə Unibank Premyer Liqanın başlama vaxtını dəqiqləşib?
- İnşallah, avqustun 4-də çempionat start götürəcək.
- Jurnalistlərin çoxu oyundan sonra məşqçilərin birlikdə mətbuat konfransı keçirməsinə etiraz edirlər. Çünki onda heç bir məşqçi ürəkli danışa bilmir. Bu yöndə hər hansı bir yenilik olacaqmı?
- Kimisi tək, kimisi də ikilikdə mətbuat konfransı keçirməyə üstünlük verir. Vacib olan məşqçilərin ora gəlməsidir.
- Teleyayımla bağlı məsələ nə yerdə qaldı? Telekanalların tenderdə iştirak edəcəyini gözləyirsiniz?
- Tenderdən ciddi şey gözləmirəm. İnanmıram ki, hansısa televiziya yerli futbolumuz diqqət ayırsın. Lakin inanıram ki, çempionatımızı böyük maraqla izləyən azarkeşlərimiz televiziyaları oyunları yayımlamağa məcbur edəcək. Çox maraqlıdır ki, başqa ölkənin çempionatlarını böyük həvəslə yayımlayırlar, ancaq dövlətimizdən, millətimizdən qazandıqları pullardan öz ölkəsinin idmanına xərcləmək istəmirlər. Bax, bu, çox maraqlıdır.
- Çempionatın püşkatması nə vaxt baş tutacaq?
- Bu püşkatma iyul ayının 14-nə qədər keçiriləcək.
- Növbəti mövsümdə hansısa hakimin kənarda qalacağı gözlənilirmi?
- Buna Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova daha dəqiq cavab verə bilər. Lakin hər şey mümkündür. Elə ola bilər ki, səhvə görə cəzalanan hakimlər yenidən geri qaytarılsın.
- Bəs hakimlərin Sloveniyadakı təlim-məşqi nə vaxta planlaşdırılıb?
- Onların təlim-məşq toplanışı iyulun 5-də başlayacaq.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video