Bakı “İnter”inin sabiq baş məşqçisi, hazırda klubun uşaq futboluna rəhbərlik edən Valentin Xodukin “Avro-2012”nin gedişatıyla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Yəqin ki, dünən öz həmvətənləriniz olan ukraynalılarının İsveçə qarşı çıxışını izləmisiniz. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?
- Düşdüyümüz qrup çox çətindir. Həmin qrupda Fransa və İngiltərə kimi güclü komandalar mübarizə aparır. İsveçlə oyunda bəxt Ukraniyanın tərəfində idi. Matçın son dəqiqələri bizim üçün çox təhlükəli keçdi. İsveçlilər 2-3 qol imkanı qazansalar da, istifadə edə bilmədilər. Lakin Ukrayna futbolunun canlı əfsanələrindən olan Andrey Şevçenkonun ustalığı sayəsində qalib gələ bildilər Ancaq belə bir çətin qrupda hələ nəyisə indidən dəqiq söyləmək çətindir. Çünki İngiltərə və Fransa komandaları bizim üçün çox ciddi rəqiblərdi.
- 35 yaşlı Şevçenkonun Ukrayna milisinə köməyi dəyəcəyinə inananlar az idi. Lakin dünən biz bunun əksini gördük. Necə düşünürsünüz, o ,növbəti qarşılaşmalarda da öz sözünü deyə biləcək?
- Şevçenko kimi təcrübəli futbolçuların millidə çıxış etməsi mütləq idi. Özünüz də şahidi oldunuz ki, Ukrayna millisinin 3-4 real qol imkanından ikisini məhz Şevçenko dəyərləndirə bildi. Bəlkə də, onun yerinə başqa bir gənc istedadlı futbolçu olsaydı, bunun öhdəsindən gələ bilməyəcəkdi. Özüm də məəttəl qaldım ki, həmin mövqelərdən necə imkan taparaq qol vurdu. Bunu elə etdi ki, nə müdafiəçiyə, nə də qapıçıya bir şans verdi. Belə qolları yalnız təcrübəyə malik olan Şevçenko kimi futbolçular vura bilərdilər. Bəli, Şevçenko meydanda çox hərəkət etməyib çox iş görməsə də, komandasının taleyini həll etdi.
- Dünən qələbədə pay sahibi olan digər bir futbolçu Konoplyanka barəsində nə düşünürsünüz?
- O, hazırda Ukraynanın ən perspektivli futbolçularından biri hesab edilir. Konoplyanka bir çox tanınmış futbol klubunun diqqətindədir. Bura İspaniya, İngiltərə və İtaliya klubları daxildilər. Bəli, Konoplyanka İsveçə qarşı oyunda çox iş gördü. Rəqibin futbolçularını keçərək təhlükəli ötürmələr edirdi. Elə Şevçenkoya qol ötürməsinin birini də Konoplyanka verdi.
- Sizcə, Ukraynanın qrupdan çıxmaq şansları nə dərəcədədir?
- Bir söz deyə bilərəm ki, bu qələbə hələ heç-nə demək deyil. Ona görə ki, Fransa və İngiltərə kimi yığmaların bu mundialda finala getmək şansı daha çoxdur.
- Əgər, Ukrayna qrupdan çıxa bilsə, ən azı yarımfinala qədər irəlləyə biləcəyini zənn etmək olar?
- Ukraynanın şansı odur ki, onu iddialılar sırasında görmürlər. Bu isə futbolda çox böyük amillərdən hesab olunur. Yadınıza Yunanıstan komandasını salsanız, görəcəksiniz ki, onları da 2004-cü ildə ciddiyə almırdılar. Lakin nəticədə məhz yunanlar Avropa çempionluğunu qazandılar. Ancaq hər şeyə real baxsaq, Ukraynanın yarımfinal və finala adlaması inandırıcı görünmür.
- Bəs, həmvətənlərinizin qrupdakı ən ciddi rəqibləri olan Fransa və İngiltərənin çıxışlarını necə dəyərləndirərdiniz?
- İngilislərdən çox fransızların oyunu xoşuma gəldi. Bəlkə də Runinin yoxluğu komandanın hücumda dişsiz görünməsiylə nəticələndi. Hər halda Runi üçüncü turda komandaya qoşulacaq. Ondan sonra ingilislərin çıxışında dəyişiklik ola bilər. Fikrimcə, fransızlar daha çox irəliyə gedə bilərlər.
- Bəs, hansı komandanı çempionatı fovariti hesab edirsiniz?
- Hər kəs İspaniya və Almaniyadan danışır. Mən isə Xorvatiyanı fovarit görürəm. Düşünürəm ki, onları hesabdan silmək hələ tezdir.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video