“İnter” klubunun prezidenti Georgi Nikolov Qol.Az-a müsahibə verib
- “İnter”lə bağlı son yeniliklər nədən ibarətdi?
- Hələ ki, heç bir ciddi yenilik yoxdur. Komanda ölkə xaricində təlim-məşq toplanışını davam etdirir, hər şey normaldı. Ola bilsin, bu həftə yeniliklər olsun.
- Yoxlama görüşü keçirəcəksiniz?
- Hələ ki, belə bir planımız yoxdur. Həftə sonu bəlkə bir yoxlama görüşü oldu. Amma dəqiq deyil. Çünki hazırlığın ilk mərhələsində daha çox fiziki hazırlığa diqqət yetiriləcək. Sonra komanda Bakıya qayıdıb ikinci mərhələnin hazırlıqlarını keçmək üçün Sloveniyaya yollanacaq. Yoxlama görüşləri də məhz orada olacaq.
- Siz özünüz də Sloveniyaya gedəcəksiniz?
- Yox, mən Bakıda qalacağam. Həm özümün bəzi işlərim var, həm də bilirsiniz ki, qarşıdan 17 yaşlı qızlar arasında dünya çempionatı gəlir və həmin vaxta kimi “Şəfa” stadionu hazır olmalıdır. Məhz arenada görülən işlərə də nəzarət etmək lazımdır.
- Son zamanlar transfer siyasətinizdə sanki dəyişiklik nəzərə çarpır. Əvvəllki dövrlərdən fərqli olaraq, “Bolqarıstan legionu”nu “Gürcü legionu” əvəz etməyə başlayıb...
- Öncə ondan başlayım ki, mən burada işlədiyim dövrdə bolqarıstanlı futbolçuların sayı çox olmayıb. Cəmi iki nəfər olub - Zlatinov və Genov. Baxmayaraq ki, klub prezidenti kimi mən özüm bolqaram, amma oyunçu seçimində heç vaxt baş məşqçinin işinə qarışmamışam. Yalnız Petar Zlatinovun gəlişində rolum olub. O ki qaldı gürcülərin axınına, bunu da normal saymaq lazımdır, çünki baş məşqçi gürcüdür. Məsələn, ötən il Mirça Rednik də “Xəzər Lənkəran”a gələndən sonra Rumıniyadan 8 futbolçu gətirdi. Çünki onları tanıyır, oyun tərzlərinə bələddi. O cümlədən Kaxaber Sxadadze də daha çox oyunlarına bələd olduğu futbolçuları dəvət edir. İkinci bir tərəfdən axı, Kaxanın dəvət etdiyi futbolçular da özlərini doğruldurlar. Məsələn, Lomaya və Baçana ötən mövsümü çox yaxşı keçirdilər. Deməli, nəsə deməyə əl yeri yoxdur. Gələn futbolçular uğursuzluğa düçar olanda buna görə də məsuliyyəti baş məşqçi daşıyır.
- Son zamanlar hətta belə bir zarafat da yayılıb ki, belə getsə, “İnter”in prezidenti də gürcü olacaq...
- (gülür) Yox. Prezident hələ ki, bolqardı. Bilirsiniz, burada klub prezidentinin milliyyəti rol oynamır, əsas baş məqşçinin seçimidir. Az öncə dediyim kimi, nəticəyə o cavabdehlik daşıyır. Lomaya, Baçana, Abramizdıə, Kandelaki hamısı özünü doğrulutdu. Bu mənada, Adamiya və digər gürcü qapıçının gəlişi də başadüşüləndi. Əsas nəticədir və prinsipcə, bizdə də nəticə lazımdır.
- Ötən mövsüm komandanızın çıxışından razı qaldınız?
- Xeyr. Hətta deyərdim ki, “İnter”in tarixinin ən uğursuz mövsümünü keçirdi.
- “Şəfa” stadionunun qazonu nə vaxt təbii olacaq, nə vaxt bu möcüzə gerçəkləşəcək?
- Heç vaxt. Bu, mümkün deyil.
- Niyə?
- Çünki bəzi problemlər var, ən əsası da klima söhbəti.
- Niyə sizin vətəndaşı olduğunuz Bolqarıstanda bütün meydançalar təbii ola bilir, Azərbaycanda yox? Halbuki Azərbaycan iqtisadi cəhətdən Bolqarıstandan da üstündür.
- Bilirsiniz, şərtlər başqadır. Bu gün Azərbaycanda təbii ot örtüyü saxlamaq çox çətindir. Baxın, “Xəzər Lənkəran” təbii örtük saxlayır, amma artıq iki dəfə yanıb.
- Deməli, bu sahəni bilən mütəxəsisslər yoxdur...
- Bəli, bu problem də var, razıyam. Ümumiyyətlə, təbii ota baxmaq həm də çox zəhmət tələb edir. Ancaq yenə deyirəm, başqa klima olmaq şərtiylə, bəzi problemlər var ki, təbii ot saxlamağa mane olur.
- Amma “Qəbələ” sübut etdi ki, istək olandan sonra hər şey mümkündür...
- Bununla da razıyam.
Anar XANLAROV
"Sabah"ın "Çelye" ilə oyunöncəsi məşqi - Şəkillər
"Qalatasaray" futbolçusu ilə yolları ayırdı
Karlo Ançelottinin oğlu baş məşqçi oldu - Rəsmi
FİFA PSJ-nin iki futbolçusunu cəzalandırdı
“Fənərbaxça”da yeni müqavilə
"Şamaxı" braziliyalı futbolçu transfer etdi
Baş məşqçinin İnstaqramda futbolçu axtarışı gündəm oldu
“Zirə” yeni futbolçu aldı - “Sabah”da oynayırdı
"Neftçi"dən ayrılan futbolçu bu kluba keçdi
"Real"ın oyunçusunun cəzası bilindi
"Hədəfimiz avrokuboklardır" - "Sumqayıt"ın yeni baş məşqçisi
İspaniyanın hansı klubundan “Qarabağ”lıya təklif olub?
Silva: "Çelsi"nin məşqlərini izləmişəm"
“Sumqayıt”ın yay hazırlıq planı məlum oldu
"Qızıl top" ona verilməlidir, Yamal hələ uşaqdır"
"Sabah" iştirak ərizəsini UEFA-ya göndərdi
"Barselona"nı tərk edir
Final bu topla oynanılacaq
"Tottenhem" Yaponiya millisinin müdafiəçisini transfer etdi
Di Maria 18 ildən sonra doğma klubuna qayıtdı
Misli Premyer Liqa təmsilçisinin ikinci transferi
Saşa İliç “Sumqayıt”a necə gəlib? - Agentdən açıqlama
Əfsanəvi qapıçının oğlu İngiltərə Premyer Liqa klubunda
"Napoli" 50 milyon təzminat ödəməyə hazırdır
Bu gün Avropa kubokları yarışları başlayır
"İnter Mayami" Messi ilə yeni müqavilə imzalayacaq?
"Turan Tovuz" Türkiyədə ilk məşqinə çıxdı - Şəkillər
“Azərlotereya”nın komandası çempion oldu
Marko Verattinin yeni klubu bilindi
Azərbaycanlı UEFA nümayəndəsi ÇL-in oyununa təyinat alıb
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu