“Neftçi”nin və “Qəbələ”nin sabiq müdafiəçisi, hazırda Rusiyada yaşayan Anaoli Tebloyev Qol.Az-a müsahibə verib
- Futbol üçün darıxmırsan?
- Təbii ki, darıxıram. Peşəkar karyeramı başa vursam da, tez-tez dostlarımla futbol oynayıram.
- Bəs, Azərbaycan üçün?
- Əlbəttə, Azərbaycan üçün də darıxıram. Çünki bu ölkədə çox gözəl günlərim keçib.
- Keçmiş klubun “Neftçi” ardıcıl olaraq, ikinci il çempion adını qazandı. Bunu bilirsən?
- Bəli, bilirəm və onları da buradan təbrik edirəm. Ümumiyyətlə, “Neftçi” hər mövsüm iddalı olub.
- Öz oynadığın dövrü necə xatırlayırsan?
- O dövrdə bizim güclü heyətimiz var idi. Miçoviç, Qurban Qurbanov, Vidadi Rzayev, Zaur Tağızadə, Mahmud Qurbanov. Bu cür heyətlə yüksək yerlərə oynamamaq mümkün deyildi. Bu mənada çempionluğu layiqli olaraq qazandıq və Çempionlar Liqasında oynamaq hüququ əldə etdik. Yeri gəlmişkən, həmin turnirdə də pis çıxış etmədik. “Şiroki Breyq”i keçdik, lakin təəssüf ki, Moskva MOİK-inə uduzaraq, mübarizəni dayandırdıq.
- Həmin oyunu necə xatırlayırsan?
- MOİK-lə oyunu heç vaxt unutmayacağam. Bakıda rəqiblə başa-baş oynadıq. Baxmayaraq ki, onlar bizi asanlıqla məğlub edəcəklərini düşünürdülər. Lakin matç qolsuz bərabərliklə başa çatdı. Moskvadakı oyunu da pis oynamadıq. Təsəvvür edin, ikinci hissədə hesab 0:0 olarkən Qurban Qurbanov qapıçı ilə təkbətək epizodda qol vursaydı, mərhələni biz keçəcəkdik. Təəssüf ki, bu, baş vermədi və sonradan iki top buraxaraq, məğlub olduq.
- “Neftçi”dən sonra “Qəbələ”də də forma geyindin. Oradan ayrılmağın isə gözlənilməz oldu...
- Mövsüm qurtarandan sonra baş məşqçi məni komandasında görmək istəmədi. Halbuki özüm qalıb oynamaq istərdim. Ancaq qərarı verən baş məşqçi idi və onunla razılaşmağa məcbur idim.
- Bir müddət sonra “Standard”ın da düşərgəsində göründün...
- Elədir, o komandanın yay hazırlqılarına qoşuldum. Onda “Standard”a litvalı Valdas İvanauskas yeni baş məşqçi təyin oldunmuşdu. İlkin məşqlərdən sonra Türkiyəyə təlim-məşq toplanışına gedəcək futbolçuların sırasına mənim adımı daxil etmədi.
- Ancaq sən məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdin...
- Görünür , İvanauskas başqa cür görürdü.
- Xəbərin oldu ki, litvalı məşqçi 7 turdan sonra qovuldu?
- Düzü, oradan gedəndən sonra bununla maraqlanmadım. Ancaq 7 turdan sonra qovulubusa, bu, artıq hər şeyi deyir.
Anar XANLAROV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video