Milli komandamızın və “Qarabağ”ın hücumçusu Vuqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Belə məlumat yayılıb ki, millimizin baş məşqçisi Berti Foqts səni bir neçə alman klubuna təklif edib. İlk namizəd də ikinci bundesliqada yarışan Drezden “Dinamo”su olub.
- Bəli. Andorayla yoldaşlıq görüşündə “Dinamo” rəsmləri oyunumu bəyəniblər. Bir şeyi dəqiq bilirəm ki, haqqımda müsbət fikirdədirlər.
- Bəs, sənə onlardan hansısa təklif gəlibmi?
- Hələ, belə bir şey yoxdur. Lakin bu yaxınlarda onlardan cavab gözləyirəm.
- Əgər, alınacaqsa, kimin vasitəsiylə iş görmək istəyirsən? Bildiyimə görə, menecerin yoxdur.
- Doğrudur, heç bir menecerlə müqaviləm yoxdur. Lakin Azərbaycanda Rəsul adlı bir menecer var ki, mənə bu yöndə köməklik edəcəyini bildirib.
- Bəs, onun soyadı nədir?
- Vallah, bilmirəm. O demişdi ki, alman klubunun seleksiyaçılarını sənə baxmağa biz göndərmişdik. Sonra bildirdi ki, konkret bir xəbər olmasa da, oyunuvu bəyəniblər. Sənə qarşı fikirləri müsbətdir. Berti Foqtsun köməkçisi Aydın Rüstəmov da mənə zəng edərək, bu yöndə kömək edəcəyini bildirdi. O da çalışır ki, Azərbaycan futbolçuları xarici ölkələrdə oynasınlar.
- Hansısa bir əcnəbi klubla müqavilə məsələsini soyadını bilmədiyin bir menecerə etibar etmək nə dərəcədə peşəkar addımdır?
- Dediyim kimi, mənim heç bir menecerlə müqaviləm yoxdur. Çalışacağam, daha ayıq olum.
- Polşa və Ukraynada keçirilən “Avro-2012”nin oyunlarının yəqin ki, izləyirsən. Güclü Hollandiya millisinin Danimarkaya məğlub olacağını gözləyirdin?
- Sözün açığı, Hollandiyanın belə zəif çıxışını gözləmirdim. Hollandlar keçirdiyi bütün yoldaşlıq görüşlərində qalib gəlmişdilər. Bir sözlə, bu yarışmaya çox ciddi hazırlaşmışdılar. Fikrimcə, hollandların oyunu dünən alınmadı.
- Danimarkanın qalib gəlməsini nə ilə izah edə bilərsən?
- Danimarkanın qələbəsində kollektiv oyun xüsusi rol oynadı.
- Portuqaliya - Almaniya görüşündə hər kəs sürətli oyun və gözəl bir şou gözləsə də əksinə oldu. Oyunun taleyini almanların vurduğu bir qol həll etdi. Bu barədə nə düşünürsən?
- Məncə, Portuqaliya millisi qələbəyə daha layiq idi. Almanlar yaxşı oynamasalar da, qələbə qazandılar.
- Necə fikirləşirsən, “ölüm qrupu”ndan növbəti mərhələyə hansı komandalar çıxacaq?
- Həmin qrupda sensasiya olduğu üçün dəqiq bir söz demək çətindir. Lakin baxmayaraq ki, hələ xal toplaya bilməyiblər, Hollandiya və Portuqaliyanın qrupdan çıxacağını düşünürəm.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video