Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- İlk öncə “Neftçi” və “Bakı” U-15 klubları arasında baş tutan final qarşılaşmasında baş verən insidentlə bağlı münasibətinizi bilmək istərdik...
- Bu olay futbolumuz üçün yaxşı hal deyil. Bunlar Azərbaycan futbolunun gələcək futbolçuları və sabahın ulduzlarıdır. Əgər indidən belə başlayıblarsa, sabahdan Allah qorusun. Ümumiyyətlə, bu olaylardan belə qənatə gəlmək olar ki, komandalarda futbolçuların nizam–intizam qaydalarına riayət edilməsinə, şəxsiyyət kimi yetişməsinə diqqət yetirilmir. Daha çox nəticə haqda düşünülür.
- Keçək dünən Polşa və Ukraynada startı verilən "Avro-2012"nin A qrupundakı qarşılaşmalara. İlk olaraq Polşa və Yunanıstan arasındakı matçı dəyərləndirərdiniz?
- Açılış oyunun dramatik bir məcrada keçdiyini söyləmək olar. İlk hissədə Polşa komandasının üstünlüyü olsa da, ikinci yarıda bu yoxa çıxdı. Belə deyək ki, yunanlar soyuqqanlığın sayəsində hesabı bərabərləşdirə bildilər. Bir sözlə, ikinci hissəni yunanların aktivinə yazmaq olar.
- Həmin oyunda hakim hər iki komandanın bir futbolçusunu meydandan qovdu. Sizcə, yunan futbolçunun ikici sarı vərəqə və ardından qırmızı vərəqə ilə meydandan qovulması haqlı qərar idi?
- Fikrimcə, həmin ikinci vərəqəni hakim verməyə də bilərdi. Çünki, polşalı oyunçu Muravski ikili mübarizə zamanı artıq müvazinətini itirərək, yerə yıxılmağa meyillənirdi. Hakim başqa bir rakusdan baxsaydı, bunu aydın görə bilərdi. Belə də ki, qırmızı vərəqə yunanların toparlanıb, komanda oyunu göstərməsinə bir stimul oldu. Yəni, matça daha da məhsuliyyətli yanaşmağa başladılar.
- Rusiya yığmasının Çexiya millisini böyük hesabla məğlub edəcəyini gözləyirdinizmi?
- Əslində çexlərin belə aciz olacaqlarını gözləmirdim. Bir də ki, bu gün hansı millidə bir klubda çıxış edən futbolçular çoxluq təşkil edirsə, o komanda daha yaxşı təsir bağışlayır. Rusiya yığmasında da, “Zenit” klubunun futbolçularının çoxluq təşkil etməsi, öz sözünü dedi. Buna “Bavariya” və “Barselona” kimi klubları da misal göstərmək olar.
- Necə düşünürsünüz, Dik Advokat Rusiyanın real qol imkanlarını sağa-sola xərcləyən Kerjyakovu vaxtında əvəzləsəydi, hesab daha böyük ola bilərdi?
- Buna başqa bir tərəfdən baxmaq lazımdır. Kerjyakov həmin oyunda komandası üçün etdiyi köməkliyi bəlkə heç Zaqoyev də etmədi. O çexiyalı müdafiəçiləri daim yüksək təzyiq altında saxlayırdı. Yəni, bir neçə müdafiəçini özünə cəlb edərək, Arşavin və Zaqoyevin oynamasına imkan yaratdı. Fikrimcə, Kerjyakov komandaya ən çox xeyir verən oyunçulardan biri oldu. Advokat onu yenidən start heyətində meydana buraxacaq.
- Sizcə, A qrupundan hansı komandalar növbəti mərhələyə yüksələcək?
- Birinci oyuna baxıb desək, ilk namizəd Rusiya millisidir. Lakin digər komandaların vəziyyətini eyni dəyərləndirirəm. Qrupdan çıxacaq ikinci komandanın kimliyini söyləmək isə hələ tez olar. Çünki qarşıda daha iki oyun var.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video