Azərbaycan millisinin sabiq, AZAL-ın hazırkı baş məşqçisi Vaqif Sadıqov bu gün Polşa və Ukraynada start götürəcək Avropa çempionatı ilə bağlı fikirlərini Qol.Az-la bölüşüb
- Polşa və Ukraynada keçirilən Avropa çempionatından nə gözləyirsiniz?
- İlk öncə onu deyim ki, bu cür turnirləri tək mən yox, hamı böyük səbirsizliklə gözləyir. Hər çempionat bir yenilik deməkdir. Bu yenilikləri yalnız kor adam görməyə bilər. Yeni-yeni taktiki gedişlərin, manevrlərin şahidi oluruq. Bunları izləmək biz mütəxəssislər üçün də çox xeyirlidir.
- Sürpriz gözləyirsiniz?
- Heç bir sürpriz gözləmirəm. Yəni, 1992-ci ildəki Danimarka, 2004-cü ildəki Yunanıstan nağılı təkrarlanmayacaq. Bu, mənim fikrimdir. Təbii, çempionatda Avropanın sayılıb-seçilən komandaları -Almaniya, İspaniya, Fransa, İtaliya - hər zaman favoritdir.
- Bəs, sizin favoritinizi kimdir, finalda kimləri görürsünüz?
- Çox istərdim ki, İspaniya - Hollandiya finalını izləyim. Baxmayaraq ki, çoxları Almaniyanın da adını çəkir amma, mən bu iki komandanın qarşılaşmasını izləmək istərdim. Həm də düşünürəm ki, istənilən komanda çempion olmaq istəyirsə, mütləq İspaniya səddini keçməlidir. Hər halda, zaman hər şeyi göstərəcək. Bir məqamı da vurğulayım ki, indiyə kimi heç bir milli komanda ard-arda üç mötəbər turnirin qalibi adını qazanmayıb. İspaniya çempion olsa, bir ilkə imza atacaq.
- Sizcə, İspaniya-Hollandiya finalı baş tutsa, hollandlar 2010-dakı məğlubiyyətin revanşını ala biləcək?
- Məlum məsələdir ki, bu baş tutsa, hollandlar revanş üçün meydançaya çıxacaq. Əgər İspaniya - Almaniya finalı olsa, o zaman da almanlar 2008-in revanşı üçün oynayacaq. Burada ikili məqam olur. Biri revanş üçün nəyi var ortaya qoyur, digəri isə özünü sübut üçün. Şəxsən mən, Hollandiyanın potensialını daha çox görürəm. Orada Şneyder, Affelayn kimi futbolçular var ki, özlərini ən yaxşı tərəfdən göstərməyə qadirdilər.
- İndiki Hollandiya millisini 1988-ci ilin əfsanəvi komandası ilə müqayisə etmək olar?
- Hardasa olar. Nəzərə alaq ki, həmin il Avropa çempionu olandan sonra Hollandiya millisi böyük turnirlərdə nəticə qazana bilməyib. Bu həsrətə indi son qoymaq mümkündür.
- Almaniyanın şansını yüksək qiymətləndirənlərin də sayı yetərincə çoxdur, Bu haqda nə düşünürsünüz?
- Almaniyadan çox danışmaq olar. Bu komanda güclü heyətə malikdi. Həm də onlarda titul aclığı var. Çünki son vaxtlar bütün mötəbər turnirlərin finalına çıxsalar da, çempion ola bilmirlər. Məsələn, “Bavariya”nın Çempionlar Liqasındakı son məğlubiyyətini xatırlamaq olar. Ümumiyyətlə, bu il çox çətin çempionat olacaq.
- Bəs, sizə görə, çempionata damğa vuran futbolçu kim olacaq?
- Kərim Benzema və Affelaynın adını çəkərdim.
- Bu gün keçiriləcək Polşa - Yunanıstan və Rusiya-Çexiya oyunları ilə bağlı proqnozunuz nədir?
- Rusiyanı Çexiya önündə favorit görürəm. Polşa -Yunanıstan oyununa gəlincə, nəsə demək çox çətindi. Ev sahibi olmaq polyaklara müəyyən üstünlük verilir, amma yunanlar da asan təslim olan komanda deyil.
Anar XANLAROV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video