Azərbaycanın "Avro-2020"yə rəsmən namizəd olacağı gün açıqlandı

Azərbaycanın "Avro-2020"yə rəsmən namizəd olacağı gün açıqlandı
ÖLKƏ FUTBOLU 8 İyun 2012 / 14:04 2013
-  A +

Azərbaycan və Gürcüstanın 2020-ci il futbol üzrə Avropa çempionatının keçirilməsi ilə bağlı namizədliyi UEFA tərəfindən iyunun 30-da elan olunacaq. Qol.Az-ın "Trend" agentliyinə istinadən yaydığı məlumata görə, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.

O bildirib ki, digər namizədlərin Türkiyə, Şotlandiya, Uels, İrlandiya, həmçinin Bolqarıstan, Rumıniya olması gözlənilir.

"Bakı-nın 2020-ci il Olimpiya Oyunları üçün iddiaçı şəhər kimi təcrübəsi onu göstərdi ki, Azərbaycan daha çox kompleks idman yarışları keçirməlidir. Beynəlxalq Olimpia Komitəsinin Bakıda 2020-ci ildə Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı əsas iradları təcrübənin olmaması və Olimpiya standartlı komplekslərin azlığı ilə əlaqədar olub. Bu səbəbdən, Azərbaycan 2015-ci ildə ilk dəfə Avropa Olimpia Oyunlarını, 2016-cı ildə şahmat olimpiadasını, 2017-ci ildə İslam oyunlarının keçirilməsini planlaşdırır", - deyə A.Rəhimov bildirib.

Son xəbərlər