Bəhmən Həsənovu istefaya göndərən “Rəvan” onun yerinə yeni baş məşqçi təyin edib. Bu, türkiyəli mütəxəssis Cavad Gülərdir.
Bu haqda Qol.Az-a məlumat verən “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev Gülərlə 2 illik müqavilə imzaladıqlarını bildirdi.
Cavad Gülər 1959-cu il yanvar ayının 1-də Türkiyənin Ordu şəhərində anadan olub. Məşqçilik karyerası ərzində “Küçükköy Kültürspor” (1985), “Qaziosmanpaşaspor” (1985-87 uşaq futbolu), “Beşiktaş” (1997-2000, uşaq futbol direktoru), “Yıldırım Bosnaspor” (2000-02), “Qalatasaray” (2007-09, köməkçi məşqçi) klublarında çalışıb. Onun ən böyük uğuru “Qalatasaray”da olub. Belə ki, 2007-08-ci il mövsümünün bitiminə 6 həftə qalmış baş məşqçi postundan istefa verən Karl Hayns Feldkampı əvəzləyən Gülər “sarı-qırmızılar”a Türkiyə çempionluğunu qazandırıb.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var