Elxan Məmmədov: "Günahkarlar ən sərt şəkildə cəzalandırılacaqlar"

Elxan Məmmədov: "Günahkarlar ən sərt şəkildə cəzalandırılacaqlar"
ÖLKƏ FUTBOLU 8 İyun 2012 / 12:12 1828
-  A +

Xəbər verdiyimiz kimi, iyunun 7-də AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da «Neftçi» və «Bakı» komandaları arasında «Kapital Bank U-15 Liqa»nın final oyunu keçirilmiş, «Neftçi» komandasının 1:0 hesablı qələbəsi ilə başa çatmış oyundan sonra hər iki klubun futbolçuları, inzibati işçiləri və bəzi rəhbər şəxslərinin iştirakı ilə kütləvi dava-dalaş baş verib.

Qol.Az-ın məlumatına görə, gedişi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov qurumun saytına açıqlamasında bildirib ki, final oyundan sonra baş vermiş hadisələri kəskin şəkildə pisləyir və bunları futbola, idman prinsiplərinə qəti şəkildə yaraşmayan əməllər kimi dəyərləndiri:  «Neftçi» və «Bakı» klubları arasında baş vermiş dava-dalaşda iştirak etmiş, günahkar olan futboçular, inzibati işçilər və rəhbər şəxslərin hər biri AFFA-nın İntizam Komitəsi tərəfindən İntizam qaydalarının tələbləri çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar».

Daha çox


Son xəbərlər
16.11.24  16:28

Fliki boğaza yığıb