“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmovun Qol.Az saytına müsahibəsi
- Hazırda məşqləriniz necə gedir?
- Məşqlərə dünəndən start vermişik. Lakin komanda hələ tam heyətlə məşq etmir. Bəzi futbolçularımız yığmanın oyunlarıyla əlaqədar istirahətdədir. Əvəzində yeni futbolçular da artıq komandayla birgə çalışırlar. İyunun 10-da bütün optimal heyətlə məşqlər davam edəcək.
- Bojidar Bandoviç “Bakı”nın idman direktoru təyin olunmasından sonra komandayla görüş keçirib?
- Hələ komandanın bütün heyəti toplaşmadığına görə görüşümüz baş tutmayıb.
- Ümumiyyətlə, bu mütəxəssisin gəlişinin “Bakı”ya nə kimi xeyir verəcəyini düşünürsən?
- Onun “Bakı” klubunun inkişafında çox böyük rol oynayacağını zənn edirəm. Belə bir mütəxəssislə işləmək futbolçular üçün çox əhəmiyyətlidir.
- Komandanın Avroliqada mərhələ adlamaq şanslarını necə dəyərləndirərdin?
- Rəqibin kimliyindən asılı olmayaraq, istək olmasa, nəyəsə nail olmaq mümkün deyil. Bu yöndə komandamız ciddi və yüksək səviyyədə hazırlaşır. Məncə, bu il ən azı klublarımızdan qrupa düşmək nailiyyətini gözləmək lazımdır. Dünyada ölkəni tanıdan iki amil varsa, birincisi futboldur. İnşallah, inanıram ki, bu il qrup mərhələsinə düşə bilərik. Bunu üçün yaxşı hazırlaşaraq, inamlı çıxış etmək lazımdır. Məqsədimiz Avroliqanın qrup mərhələsinə düşməkdir.
- Üç il bir yerdə oynadığın qapıçı Marko Şarliyanın komandadan uzaqlaşdırılmasına münasibətin necə oldu?
- Bir futbolçu komandada 3 və ya 10 il çıxış edə bilər. Burada təəccüblü nəsə yoxdur. Sabah mənim özümü də komandadan uzaqlaşdıra bilərlər. Lakin baş məşqçi və rəhbərliyin qərarını müzakirə etmək istəməzdim. Hər halda onlar komandası üçün xeyirli bir qərar verir.
- Mətbuatda gedən məlumata görə , komandaya Şarliyanın əvəzedicisi kimi Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martines Rodriqes gətiriləcək.
- Mən bir onu deyə bilərəm ki, seçim bir neçə qapıçı arasında aparılacaq. Adına gəldikdə isə bunu ilk dəfə sizdən eşitdim. Düşünürəm ki, belə bir təcrübəli futbolçunun komandamıza gəlişi çox yaxşı olardı.
Əli HƏYATİ
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
FİFA-dan DÇ-2026 ilə bağlı sərt qadağa
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu