“Qarabağ”ın hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Komandayla birgə məşqlərə nə vaxt başlayacaqsınız?
- İyununn 24-ü məşqləri bərpa edəcəyik. Belə gec məşqə başlamağımız Avroliqaya vəsiqə qazana bilməməyimizlə əlaqəlidir. Həmçinin futbolçulara daha yaxşı istirahət etmək fürsəti verilib. Çünki artıq neçə ildir ki, komanda yaxşı dincələ bilmirdi.
- Növbəti mövsüm bir neçə aparıçı futbolçunuz artıq “Qarabağ”da olmayacaq. Bu, sənin üzərindəki məsuliyyəti daha da artıracaqmı?
- Fikrimcə, komandaya yüksək səviyyəli yeni futbolçular cəlb ediləcək. Bu hər zaman belə olub ki, gedən futbolçunun yeri mütləq doldurulub. İnanmıram ki, tək qalam. Bu səbəbdən üzərimə çox yük düşəcəyini düşünmürəm.
- Bu mövsüm çox zəif çıxış edərək ümidləri doğrultmadınız. Gələn mövsüm haqda nə deyə bilərsən?
- İlk öncə komanda yığışmalı və müxtəlif mövqelərə yaxşı futbolçular transfer edilməlidi. Bundan sonra daha dəqiq nəsə söyləmək olar.
- Dalbadal üç il Avroliqada çıxış etmişdiniz. İndi bu şansdan məhrum olmanız, komandanızın növbəti mövsümdə çıxışına nə kimi psixoloji təsir göstərə bilər?
- Düzdü, komanda çox məyus oldu. Lakin bunun bizi sarsıdacağına inanmıram. İnşallah, bu psixoloji durumdan da çıxarıq. Son qarşılaşmada şanssızlıq yaşadıq. Əgər Avroliqaya vəsiqə qazansaydıq, ilk rəqiblərimiz zəiflər olardı. Və qrupa düşmək şansımız artardı. Ancaq neyləmək olar? Uğur heç vaxt daim olmur.
- “Qarabağ”la müqavilə müddətinin olmasına baxmayaraq, sənə təkliflər gəldiyi bilrilir. Niyə bu komandada qalmağı üstün tutdun?
- İlk öncə, deyim ki, müqavilə müddətimin bitməsinə hələ var. Ancaq özümün də “Qarabağ”da qalmaq fikrim ciddidir. Hələ ki, bu komandayla uğur qazanmaq istəyirəm.
- Ümumiyyətlə, səni heyətində görmək istəyən klublar hansılar idi?
- Xarici klubdan yaxşı təklif gəlsəydi, inanmıram ki, klub rəhbərliyi mənim getməyimə problem yaradardı. Əksinə, daha çox dəstək olardılar. Lakin yerli klubların bir neçəsindən təklif almışdım. “Qarabağ”la müqaviləm olduğu üçün onlarla danışıq masasına oturmağım düzgün olmazdı.
- “Xəzər Lənkəran”ın sənə 400 min manat pul təklif etməsi xəbərləri haqda nə deyərdin?
- Belə bir şey olmayıb. Mən bu klubla konkret bir məsələ haqda danışmamışam. Ola bilər ki, təklif olunub. Ancaq siz dediyiniz məsələlər baş verməyib.
- Artıq neçə ildir, çempionatımızən ən yaxşı bombardirləri legionerlər olur. Sən də daxil olmaqla yerli hücumçularımıza nə olub ki, onlardan geri qalırsınız?
- Azərbaycanda səviyyəli yerli hücumçu çox azdır. Hardasa 2-3 nəfər olar. Əgər klublarımızda yerlilər çoxluq təşkil edərsə, bombardir də azərbaycanlı futbolçu olar. Ancaq çempionatda çıxış edən 12 klubdan 10-da hücumçular əsasən legionerlərdir. Bu da istər-istəməz təsirsiz ötüşmür. Fikrimcə, klublarda yerli hücumçulara daha çox şans verərək, onlara güvənmək lazımdır. Bu amilin milli komandaya da çox böyük təsiri olacaq. Özümə gəldikdə isə, bu mövsüm çıxışımdan narazı qaldım. Yalnız son oyunlarda fərqlənə bildim. Bilirəm ki, bu il mənim bombardir olacağıma çox ümid edirdilər. Lakin özümü doğrulda bilmədim. Ancaq çalışacağam ki, bu il özümü yaxşı tərəfdən göstərim.
- Milli komandadan söz düşmüşkən, budəfəki yoldaşlıq görüşləriniz niyə uğursuz alındı?
- Yaponiyaya qalib gəlməyimiz real görünmürdü. Çünki xeyli vaxt idiki məşq etmirdik. Həmçinin rəqibin heyətindəki futbolçuların çoxisu Avropanın adlı-sanlı klublarında çıxış edir. Lakin Andorranı mütləq udmalıydıq. Mən də daxil ələ düşən fürsətlərdən istifadə edə bilmədik.
- Bunu ustalıq səviyyənizin yetərli olmamasıyla da izah etmək olarmı?
- Sadəcə, həmin oyunda top qapıya girmirdi. Hərdən elə bir səviyyəli hücumçulara malik komandaların oyunlarını izləyirik ki, matç qolsuz bərabərliklə bitir. Nə qədər istəsələr də, qol vura bilmirlər. Ustalıq səviyyəsi deyəndə, məncə, bizdə son nöqtəni qoymaq üçün bir qədər soyuqqanlılıq çatışmır.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video