Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaşın Qol.Az saytına müsahibəsi
- Ali bəy, Qəbələ Futbol Akedemiyasında işlər hansı səviyyədədir?
- Akademiyada işlər yüksəlişə doğru gedir. Bu işləri ərsəyə gətirmək üçün səbr və zaman lazımdır. Geridə qalan üç il ərzində çox önəmli işlər gördük. Yeniyetmə futbolçuların istedadlarını üzə çıxarmaq istiqamətində işləyirik.
- Qəbələdə bu günlərdə başa çatan yeniyetmə futbolçular arasında beynəlxaql turnir haqda fikirləriniz necədir?
- Çox gözəl bir yarışma təşkil etdik. Bu yarışma üçün hər il Avropadan fərqli komandaları Qəbələyə dəvət edəcəyik. Builki yarışma çox gözəl keçdi. Hər şey peşəkar qaydada həyata keçirildi. Futbolsevərlər və idman jurnalistləri bu yarışmanı izləmək üçün Qəbələyə təşrif buyurmuşdu. Bundan sonrakı təşkilatçılığın da gözəl olacağını düşünürəm. Belə turnirlərin təşkili bizim oyunçularımızın futbol savadını da inkişaf etdirir.
- “Qəbələ” komandasının 6-cı yer tutması sizi qane etdimi?
- Biz təşkilatçılıq etdiyimiz yarışmada nəticəni yox, səviyyəli futbolçuları üzə çıxarmağı düşünür, adlı-sanlı klublarla oyunlarda təcrübə toplamaq istəyirik. Nəticə haqda da fikrimi qısa deye bilərəm. Biz Hollandiyanın “Feyenoord”, İspaniyanın “Vilyareal” və “Levante”, Türkiyənin “Qalatasaray” klublarıyla mübarizə apardıq. Həmin klubların 100 illik tarixi var. Bizim akademiya isə cəmi üç ildi fəaliyyət göstərir. Ona görə də altıncı pillə hazırkı durumda pis nəticə kimi qiymətləndirilməməlidir. Gün gələcək, biz də onlar üzərində qələbələr qazanarıq. Lakin bu işlər bir az zaman tələb edir.
- Tanınmış türkiyəli məşqçi Fatih Terimi Qəbələyə dəvət etdiyiniz bildirilir.
- Bəli, o, ən qısa zamanda Azərbaycana səfər edəcək.
- Sizin yetirməniz olan Arda Turanın da Qəbələyə gələcəyi haqda məlumatlar doğrudur?
- Bəli, Arda Turan Qəbələyə gətirəcəyəm. Həm Fatih Terim, həm də Arda Turan eyni vaxtda bura təşrif buyuracaqlar. Ancaq biz burada bəzi yarımçıq qalan işlərimizi bitirməliyik. Stadionlarımız tam hazır olsun ki, onların da gəlişi lap yerinə düşsün.
- Əli bəy, sizcə, niyə bizim yerli futbolçularımız Türkiyədə güclənə bilmirlər?
- Rəşad Sadıqov bir ara Türkiyə Superliqasında oynayırdı. Ölkənizdə Türkiyədə oynaya biləcək futbolçularınız var. Lakin bu oyunçuların sayının artması üçün zaman tələb olunur. İnanıram ki, yaxın gələcəkdə Türkiyə superliqasında ən azı 10 azərbaycanlı futbolçu top qova biləcək.
Əli HƏYATİ
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu