“Neftçi” klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- “Neftçi” məşqlərə nə vaxt başlayacacaq?
- Yerli futbolçular sabahdan hazırlığa star verir. Özümə gəldikdə, milliylə səfərdə olduğum üçün baş məşqçimiz Böyükağa Hacıyev mənə ayın 10-na qədər istirahət etmək imkanı verib.
- Bəs, “Neftçi”ylə yeni müqavilə məsələn nə yerdə qaldı?
- Məni komandada saxlamaq istəyirlər. Nə klub rəhbərliyi, nə də məşqçilər getməyimi istəmir. Sadəcə, müqavilədə maddi şərtlər müzakirə olunur. İnsallah, bunu da yaxın zamanlarda klubun prezidenti Sadıq Sadıqovla görüşərək razılıaşdıracağıq. Hazırda Sadıq müəllim Türkiyədə səfərdə olduğu üçün onu gözləyirik.
- Klub səninlə müqaviləni hansı müddətə kimi uzadmaq haqda düşünür?
- Adətən, bizdə müqavilə bir illik olur.
- Komandanın əsas aparıcı futbolçularından olan Rəşad Abdullayevin gedişini necə qarşıladın? Ümumiyytlə, “Neftçi”ylə iki dəfə çempion olmuş bir futbolçudan imtina etməyə ehtiyac vardımı?
- Bu, rəhbərliyin işidir. Mən millinin heyətində olanda eşitdim ki, Rəşadı “Neftçi”dən uzaqlaşdırıblar. Axı, onlara deyə bilmərəm ki, niyə belə addım atmısınız. Belə götürəndə, kollektivdəki futbolçular bir-birinə çox öyrəşmişdi. Ancaq o da var ki, Rəşad çöldə qalan futbolçulardan deyil. Növbəti mövsüm “Qəbələ”nin şərəfini qoruyacaq. Bəlkə, iki ildən sonra yenidən “Neftçi”yə qayıtdı.
- Necə düşünürsən, komandadan gedənlərin yeri keyfiyyət baxımından doldurula biləcək? Axı, qarşıdan Çempionlar Liqası turniri gəlir. Zaman isə çox azdır.
- Yəqin ki, komandaya yeni futbolçular gətiriləcək. Çempionlar Liqasında oynayacağımız üçün güclü futbolçuların transferi mümkündür. Gələn futbolçular məndən ikibaş üstün olmasa, heç onları transfer edərlər?
- “Neftçi”nin Çempionlar Liqasında bu il uğurlu çıxı edəcəyinə ümid etmək olar?
- Bu, bizim rəqibdən asılı olacaq. Potensial rəqiblər sırasında 1-2-ni çıxmaq şərtiylə hamısı güclü komandadır. Məsələn, zəiflər sırasında Gürcüstanın “Zestafoni” klubunu deyə bilərəm. Qalanları isə köklü və Avropa turnirlərində təcrübəsi olan klublardır. “Bazel”dən tutmuş, Zaqreb “Dinamo”suna kimi. Fikrimcə, çox çətin olacaq. Allah eləsin, güclü komandalarla düşməyək.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı