AZAL klubunun və millimizin müdafiəçisi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Millimizin Yaponiyaya qarşı yoxlama oyununda heyətdə sən də yer almışdın. Onlara məğlubiyyətin səbəbini nədə görürsən?
- Son illər yapon futbolunun sürətli inkişafı göz önündədir. Futbolçuları Avropanın müxtəlif klublarında forma geyinirlər. Mən bunları məğlubiyyətə bəhanə gətirmirəm Sadəcə, bu bir reallıqdır, qəbul etməliyik. Məğlubiyyətimizə bir çox amil səbəb oldu. İlk növbədə yorğunçuluq və məşqlərin yetərsizliyini göstərə bilərən. Mənim özüm çempionat qurtardıqdan sonra düz-əməli məşq etməmişəm. Çünki istirahət etmək vaxtım idi. Düzdü, yığmamız zəif futbol oynadı.
- Necə fikirləşirsən, çempionat bitdikdən sonra belə oyuna ehtiyac vardımı?
- Bizim işimiz futbol oynamaqdır. Desəm ki, AFFA və məşqçilər düzgün qərar qəbul etmir, doğru çıxmaz. Ona görə də mənim bu barədə fikir bildirməyim yersiz olar. Lakin təkrar edirəm ki, futbolçuların hazır olmaması, yol yorğunluğu nəticəyə öz təsirini göstərdi. Bir də ki Cihan Özkara əlinə düşən imkandan yararlana bilsəydi, bəlkə də nəticə başqa cür olardı.
- Yeri gəlmişkən, milliləşdirilmiş legionerlər yenə tənqid olunur. Əgər legionerlər normal oyun nümayiş etdirə bilmirlərsə, onların yığmada nə işləri var?
- Mən müsahibələrimdə də bildirmişdim ki, millidə yerlilər olmalıdır. Əgər, Azərbaycan yığmasına gətirilən legioner bizdən artıq futbol nümayiş etdirirsə, buyurub, gəlsinlər. Ancaq həmin legionerlər yerli oyunçulardan aşağı səviyyədə çıxış edirsə, onlara millidə yer olmamalıdır. Lakin yerli istedadlarımızın yetişdirilərək milliyə çağırılması üçün klublarımızın da köməyinə ehtiyac var. Onlar futbolçu yetişdirməlidirlər. Amma bu gün əksər iddialı klubun heyətində meydanda 8 legioner yer alır. Yerlilər isə ehtiyatda qalır. Ona görə də, bu gün yerli futbolçuların çoxusu millidən qıraqdadır. Unutmayaq ki, bizim futbolumuz hələ o səviyyədə deyil ki, heyətdə 8 legionerə üstünlük verək.
- Bəs, dünya reytinqində sonuncu olan Andorrayla heç-heçənin səbəbini nədə görürsən?
- Aydın məsələdir ki, birinci növbədə komanda yaratdığı qol şanslarından yararlana bilmədi. Əgər komanda qol vura bilmirsə, necə qələbə qazana bilər? Yəni, millidə hücum mövqeyi çox dişsizdir. Həm də bir az şanssızlıq oldu.
- İndi də AZAL klubu ilə bağlı sual vermək istəyirəm. Bu klubla müqaviləni yeniləməzdən əvvəl digər komandalardan təkliflər almışdın?
- Bəli, təkliflər var idi. Lakin tez-tez klub dəyişməyi sevmirəm. AZAL-a artıq çox öyrəşmişəm. Baxmayaraq ki, təklif göndərən klublar ilk “altılq”da çıxış edirdi.
- Bəs, nədən bu mövsüm daha iddialı klubla Avroliqada çıxış etmək istəmədin?
- Bilmirəm niyə, lakin AZAL-ı başqa kluba dəyişmək istəmədim. Hələ bir ildə çıxış edərək AZAL-la kuboku qazanmaq istəyirəm. Birdə ki, şəraitinə görə indiki komandam heç bir klubdan geri qalmır.
- AZAL-da qalmağında baş məşqçin Vaqif Sadıqovla münasibətlərin nə dərəcədə rol oynadı?
- Düzdü, Vaqif Sadıqovla əvvəllər bir yerdə işləməmişik. Lakin onu sonradan tanımışam. AZAL klubunda Rafiq Mirzəyev istisna olmaqla Əsgər Abdullayev, Nazim Süleymanov, Elxan Abdullayevlə də münasibətim yaxşı səviyyədə olub. Vaqif Sadıqovun da xətrini çox istəyirəm. Onun təcrübəsini xüsusi vurğulamaq istəyirəm. Bəli, hardasa onunla işləmək mənə çox xoş oldu. Əgər o, AZAL-a daha tez gəlsəydi, bəlkə də Avroliqaya düşərdik.
- Nuqzar Kvirtiya və Tales Şütsun gedişi növbəti mövsümdə AZAL-ın çıxışına nə dərəcədə təsir edə bilər?
- Mən də istərdim ki, bu futbolçular komandada qalsınlar. Lakin əvəzolmaz futbolçu yoxdur. Klubdan gedən hər bir futbolçunun yerini doldurmaq mümkündür. Ancaq heç bir futbolçunu məcburi komandada saxlamaq mümkün deyil. İnanıram ki, Vaqif müəllim gedən futbolçuların yerinə layiqli oyunçular tapacaq.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video