"Bakı" klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Elvin, Yaponiya ilə oyun haqda danışaq. Həmin oyunda millinin normal çıxış etməməsinin səbəbi nə idi?
- İlk öncə yolumuzun çox uzun və yorğun olduğumuzu söyləyə bilərəm. Xüsusən də futbolçular 15 günə yaxın idi ki, məşq etmirdilər. Bunu özləri də, etiraf etmişdi. Ancaq razıyam ki, hər şeyə rəğmən yaxşı oyun nümayiş etdirə bilmədik. Həmçinin, biz rəqibdən həm fiziki, həm də texniki cəhətdən geri qalırdıq.
- Ümumiyyətlə, yığmamızın yaradıcı oyunundan əsər-əlamət yox idi. Bunu nə ilə əlaqələndirirsən?
- Əgər, komandanın futbolçuları fiziki cəhətdən axsayırsa, futbolçu özünü yaxşı hiss etmirsə, hansı yaradıcı oyundan söhbət gedə bilər. Yaponlar da, elə bir komandadır ki, bizə heç fikirləşməyə də imkan vermədilər. Hansı ki, həmin futbolçuların çoxu Avropa klublarında forma geyinirlər. Düzdü, komanda çox zəif oynadı. Ancaq bu kimi amillər də, oyunumuza öz təsirini göstərdi.
- Bütün komandayla müdafiəyə qapanmağınıza səbəb bu idimi? Heç müdafiədə də normal oynaya bilmirdiniz...
- Düzdü, bir amil də var ki, pərakəndə oynayırdıq. Birdə ki, heyətə nəzər saldıqda yeni futbolçular da, görəcəksiniz. Həmin uşaqlarla Asiya ölkəsində biz cəmi bir gün məşq etdik. Ona görə də həm müdafiədə, həm də hücumda problemlər vardı.
- Andorrayla qarşılaşmada azarkeşlər sizdən qələbə gözləyirdi. Lakin bu oyunda onlara sevinc bəxş edə bilmədiniz...
- Biz də, çalışırıq ki, güclü komandalarla qələbə qazanaraq, reytinqimizi qaldıraq. Lakin bir də görürsən ki, elə bir komandayla oyunda qələbə qazana bilmirik ki, inanmaq olmur. Düzdü, Andorra kimi komandayla heç-heçə etmək uduzmağa bərabərdi. Demirəm ki, super çıxış etdik. Lakin səmimi deyirəm ki, Yaponiyaya baxanda Andorra millisinə qarşı yaxşı çıxış etdik. Qol vurmaq üçün xeyli imkanlarımız oldu. Hətta oyun ərzində top üç dəfə qapı tirindən qayıtdı. Həmin günü bəxtsizlik sanki komandanın taleyinə yazılmışdı.
- Bu o anlama gəlmirmi ki, komandada hücumçu problemi özünü qabarıq şəkildə göstərir?
- Bizdə hər zaman ya sonuncu ötürmələr, ya da nöqtəni qoyan bilməmək problemi olur. Buna da bir az texnika lazımdır. Məncə, bunun üzərində bir az çox işləməliyik. Bir oyunla bu məsələ düzələn deyil.
- Sənin “Bakı” klubu ilə məsələn nə yerdə qaldı?
- Mən “Bakı” komandasında qalası oldum. Növbəti mövsümdə komandam üçün əlimdən gələni etməyə çalışacam. Yaxın günlərdə komandayla bir illik müqaviləyə bağlayacağam.
- Bildiyimizə görə, menecerin Namiq Məstanovla arandan "qara pişik" keçib... Doğru məlumatdır?
- Bəli, dediklərində haqlısan. Namiq Məstanov mənə qarşı hörmətsizlik etdi. Ümumiyyətlə, mən Namiq Məstanov kimi dolandırıcı adam görməmişəm. Bunu tək mən deyil çoxları söyləyir. Mən klubla menecersiz danışdım. Bundan sonra onun işlərinin üstü açıldı. “Bakı”ilə müavilə zamanı maliyyə məsələsində haqqımı yedi. Ona görə də, mən ona halallıq vermirəm. Bütün futbolçulara üzümü tutub deyirəm ki, onunla menecer kimi yaxınlıq etməsinlər.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı