Azərbaycan millisinin sabiq üzvü, veteran hücumçu Samir Ələkbərov Qol.Az saytına müsahibə verib.
- Samir, başlayaq millinin son oyunlarına münasibətindən...
- Düzü, millinin son oyunlarına baxmamışam deyə, bir söz deyə bilmərəm. Baxmadığım oyun haqqında nə danışım?
- Ən azından nəticəyə əsasən müəyyən fikir söyləmək olar. Məsələn, Andorra ilə heç-heçə oynadıq...
- Hə, nəticələr ürəkaçan olmadı.
- Səbəbini nədə görürsən, problem nədədir?
- Vallah, mən hardan bilim səbəb nədir, problem nədir? Bunun üçün həmin komandanın içində olmalısan. Millinin içində olmadığımdan, problemin nə olduğunu da deyə bilməyəcəm.
- Tək son iki oyunu nəzərdə tutmuruq, ümumiyyətlə, millinin digər oyunlarını da analiz etdikdə hansı nəticəyə gəlirsən, fərqli nə isə görürsən?
- Fərqli nə görəcəm, heç nə.
- Sizin dövrdə nəticə olmayanda bunu başa düşmək olurdu ki, şərait, maliyə, məşq etməyə meydança yoxdur. İndi bütün bunların hamısı var, futbolçular yaxşı pul da alır amma, yenə nəticə yoxdur. Səncə,niyə?
- Burada şəraitlik heç nə yoxdur. Zəifik, qurtardı getdi. İnkişaf da yoxdur.
- Bu qədər maliyyənin qarşılığında niyə inkişaf olmasın?
- (bura qədər suallarımızı konkret cavablandıran, sanki danışmaqda o qədər də maraqlı olmayan Samir, get-gedə əsəbləşir). Bilirsən necədi, elə hamı çıxıb danışır. Danışmaq yox, iş görmək lazımdır. Amma bizdə danışan çoxdur, iş görən yoxdur. Özü də hamısı şablon-şablon, yalandan təriflər. Danışmaqdansa iş görmək, nəticə əldə etmək lazımdır.
- Sən özün uzun müddət “Xəzər Lənkəran”da çalışmısan, bu klubun içində olmusan. Niyə, bu klubun əsas komandası çempionluğa oynadığı halda, əvəzedici komandası həmişə sonuncu pilləni tutur?
- Ümumiyyətlə, əvəzedici heyət nə üçündür, bu çempionat niyə keçirilir səbəbini bilirsiniz?
- Məlum məsələdir ki, əsas komandaya layiqli ehtiyat qüvvə hazırlamaq, eyni zamanda milli üçün futbolçu yetişdirmək.
- Ay sağ ol. Elə isə nəticənin bura nə dəxli? Gedin araşdırın, lap UEFA-nın özündən maraqlanın, dünyanın heç bir yerində əvəzedici komandalar çempionluq uğurunda mübarizə aparmır. Başa düşürsünüz, əvəzedici komandanın məqsədi futbolçu yetişdirməkdirsə, o çempionluğa oynamamalıdır. Klub rəhbəri məşqçinin qabağına şərt qoymamalıdır ki,mütləq çempion ol. Lipalaşdırmanın qabağı alınmalıdır. Gürcüstanın U-17 millisinin çıxışından xəbəriniz var? Avropa çempionatında yarımfinala çıxıblar, Hollandiya ilə oynayacaqlar. İnkişaf budur. Biz neyləmişik? 17 yaşlılar arasında turnir keçirdirik deyirik futbolumuz inkişaf edir. Kimə lazımdı o inkişaf? Uşaq futbolunda nəticə lazım deyil, futbolçu yetişdirmək lazımdır. Bir daha təkrar edirəm, hara baxırsan televiziya, qəzet, hamı çıxıb danışır.
- Amma sizin kimi veteranlar, sabiq milli üzvləri də gərək çıxış yolu göstərə...
- Axı bunlar yol göstərmir, şablon şablon danışırlar, yalandan tərifləyirlər.
- Şəxsən sən, çıxış yolu nəyi göstərərdin?
- Dedim də uşaq futbolunu inkişaf etdirmək, yeni futbolçular yetişdirmək lazımdır. Ən əsası, peşəkar iş görülməlidir. Özünüz baxın, 4 klubumuz avrokuboklara çıxıb. Hansı nəzərəçarpacaq transfer ediblər? Hələ indi indi başlayıblar futbolçu axtarmağa. Belə olmaz e. Futbolçunu 1 il, 6 ay əvvəlldən axtarmağa başlamalısan.
- Yəni, problemin kökü burda durur...
- Bəli. Olanı deməlisən, kiməsə xoş gəlmək üçün yalandan tərif demək lazım deyil. Bir də futbolda futbol adamları işləməlidir. Nə qədər ki, futbolda futbol adamları işləməyəcək, nəticə də belə olacaq.
Anar XANLAROV
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu