“Neftçi” klubunun qapçısı Rauf Mehdiyevin Qol.Az saytına müsahibəsi
- Yaponiya ilə oyunda millinin özünü tapa bilməməsini, çarəsizcəsinə yalnız müdafiə olunmasını nə ilə izah edərdin?
- Rəqib həm reytinqdə, həm də fərdi mübarizələrdə bizdən üstün idi. Bundan başqa, gün yarım yol getməyimiz də məğlubiyyətə təsir etdi. Bu cür oyunlarda uyğunlaşma xüsusi əhəmiyyət daşıyır. Ancaq belə baxanda komanda sona qədər mübarizə apardı. Əgər biz 5 gün qabaq Yaponiyada məskunlaşsaydıq, oyun tamam başqa cür olacaqdı. Hesab 1:0 olanda qol vurmaq üçün real şansımız oldu. Təkbətək epizoddan yararlana bilmədik. Fikrimcə, qolu vursaydıq nəticə bizim üçün yaxş ola bilərdi. Rəqib meydanında oyunu müdafiədən qurmağımız isə normaldı.
- Yorğunluq məsələsinə toxundun amma, rəqib futbolçular da mövsümü təzə başa vurublar. Sənə elə gəlmir ki, uğursuz çıxışınızı yorğunçuluqla sığortalayırsınız?
- Rəqib futbolçular bizdən fərqli olaraq, artıq bir həftə idi bir yerdə məşq edirdilər və dincəlməyə də vaxt tapmışdılar. Bu müddət isə futbolda böyük əhəmiyyət kəsb edir.
- Səkkiz nəfərlə müdafiə olunan komandadan hücumda nə gözləmək olar? Belə baxanda, heç düz-əməlli müdafiə olunmağı da bacarmırdıq...
- Müdafiə deyəndə ki, bu, baş məşqçinin taktikasıdır. Ancaq buna baxmayaraq, bir necə təhlükəli hücumlar həyata keçirə bildik. Səfərdə oynadığımız üçün müdafiədən oynayaraq, nəticə qazanmaq istəyirdik. Həmçinin, baş məşqçi bir çox cavan futbolçuları da sınaqdan keçirdirdi. Nə deyə bilərəm bu, baş məşqçinin seçimidir, özü daha yaxşı bilir.
- Zəif çıxışınızı gənc futbolçuların sınanması ilə izah etmək olar?
- Bilirsiniz necədir, belə oyunlarda gərək gənc oyunçular mütləq sınaqdan keçirilsin və nəyə qadir olduqlarını göstərsinlər. Seçmə mərhələdə bu futbolçuları yoxlamaq düzgün olmazdı. Düşünürəm ki, bu iki yoldaşlıq görüşündə Foqts yoxlamaq istədiyi bütün futbolçuları sınaqdan çıxarda bildi. Necə deyərlər, hamının özünü göstərmək şansı oldu.
- Foqts səni milliyə çağırsa da, heç bir oyunda meydançaya çıxmaq şansı vermədi. Elə isə səni Yaponiyaya aparmğa nə lüzum var idi?
- Nə bilim vallah. Getmişdim ki, komandaya kömək edim. Heç bir futbolçunun milli komandadan imtina etməyə ixtiyarı yoxdur. O ki, qaldı niyə oynatmamasına, bu, məşqçinin işidi. Bəlkə də taktikası belə idi. Berti Foqts mənim oyunumu çoxdan izləyirdi. Məşqlərdə də məndən razı qaldığını söyləmişdi. Yəqin ki, belə məsləhət bilib oynatmayıb.
- Əgər, millidə gəncləşdirmə siyasəti gedirsə, o zaman niyə “Bakı”nın istedadlı qapçısı Aqil Məmmədovu deyil, veteran Rauf Mehdiyevə üstünlük verilir?
- Yəqin ki, “Neftçi”ylə ardı-arda iki dəfə ölkə çempion olduğum üçün. Ancaq Aqili də gənc və prespektivli qapçı hesab edirəm. Düşünürəm ki, gənc olduğu üçün millidə forma geyinmək şansı hələ irəlidədir.
- Yaponiyanı başa düşdük. Bəs, futbol ənənəsi olmayan “çırtdan” Andorranı məğlub edə bilməməyinizi nə ilə əlaqələndirirsən?
- Əgər, həmin oyunda yaratdığımız qol epizodlarını görsəydiniz, çox təəcüblənərdiniz. Nə qədər qol şanslarımız olsa da, top qapıdan keçmək bilmirdi. Hətta üç dəfə zərbəmiz dirəyə tuş gəldi. Rusiya –Litva oyununda rusların nə qədər qol vurmaq imkanı oldu. Lakin bunlardan yararlana bilmədilər. Bu o demək deyil ki, ruslar Litvadan zəif komandadır. Birdə ki, artıq Andora da zəif komanda hesab edilmir. Dünyanın bütün ölkələrində inkişaf gedir
- Bəs, bizdə niyə inkişaf yoxdur?
- Bilirsiniz, gərək klublarda legioner limitini azaltsınlar. Berti Foqts oyuna baxmağa gələndə, meydanda daha çox legioner futbolçuları görür. Özü də deyir ki, yerli futbolçuların oyununu görmədən necə milliyə çağıra bilərəm. Çempionat ərzində daha çox legionerlər çıxış etdiyi üçün yalnız onların oyununu görə bilir. Ona görə də, əcnəbilərə üstünlük verir.
- Necə düşünürsən, artıq legioner futbolçuları yerli gənclərlə əvəz etməyin vaxtı deyilmi?
- Mən hər zaman millidə yerli futbolçuların oynamasının tərəfdarı olmuşam. Qaldı ki, legionerlərə, onlarə millidən uzaqlaşdırmaq mənim işim deyil.
Əli HƏYATİ
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu