“Qəbələ” klubundan ayrılan Arif İsayev Qol.Az saytına müsahibə verib
- “Qəbələ”dən hansı səbəblərdən ayrıldın? Fatih Kavlak niyə səni komandada saxlamadı?
- “Qəbələ”də məşqçilər korpusunu çıxmaq şərtiylə, hər şey məni qane edirdi. Sadəcə, baş məşqçi ilə aramızda soyuq münasibət olduğuna görə, nə mən komandada qalmaq istəyirdim, nə də o mənimlə işləmək istəyirdi. Beləliklə, oradan ayrılmalı oldum.
- Axı, sən millinin üzvüsən və istənilən məşqçi milli komandanın futbolçusunu öz sərəncamında görmək istəyər. Bəlkə, Kavlakın yerli futbolçulara qarşı simpatiyası yox idi? Nəzərə alaq ki, türk məşqçi səninlə bərabər, başqa bir milli üzvü Mahir Şükürovla da yeni müqavilə imzalamağı məqsədəuyğun hesab etməmişdi...
- Ola bilsin, siz deyən də doğrudur. Onu artıq Kavlak özü cavablandırsa, yaxşı olar. Ancaq iş orasındadır ki, ən yaxşı formada olduğum vaxtlarda belə, məni “18-liy”ə salmırdı. Bunu ancaq haqsızlıq kimi dəyərləndirərdim. Bir sözlə, baş məşqçi mənə qarşı yaxşı münasibət göstərmədi.
- Heç bununla bağlı aranızda söhbət olmamışdı? Yəni, səni oynatmamasının səbəbini deməmişdi?
- Bir dəfə olmuşdu. O da belə, yüngülvari, soyuq bir söhbət oldu. Səbəbini soruşdum mənə dedi ki, məşqçiyəm, öz fikirlərim var. Ancaq mən bilirəm ki, onun bu addımı atmağında başqa səbəblər var.
- Məsələn, hansı səbəblər?
- Yox, onu açıqlamaq istəmirəm. Elə şeylər var ki, özümdə saxlasam yaxşı olar. Mənə qarşı haqsızlıq olduğunu o komandada çox insan deyə bilər.
- “Qəbələ”dən ayrıldığın üçün təəssüflənmirsən ki?
- Təbii, hardasa təəssüflənirəm. Çünki o klubda çox peşəkar iş qurulub, hətta Azərbaycan səviyyəsinə görə super deyərdim. Kluba da, kollektivə də çox öyrəşmişdim. Ancaq neyləmək olar? Bu, futboldu. Bir gün burdasan, sabah başqa yerdə. Kim bilir, bəlkə növbəti mövsümə yenidən “Qəbələ”də başladım?!
- Hazırda danışıq apardığın klublar var?
- Bir neçə klub var ki, mənimlə maraqlanır. Amma, hələ ki, ad açıqlamaq istəmirəm. Yaxın günlərdə hər şey bilinəcək.
- Klubunda yaşadıqların yəqin ki, milli karyerana da təsirsiz ötüşmşəyib, elədir?
- Əlbəttə. Bu səbəbdən hazırkı toplanışa da qatıla bilmədim. Buna görə milli məşqçilərini də qətiyyən günahlandırmıram. İnanıram ki, əsas heyətdə oynayacağım kluba gedib özüm üsübut edəcəm və yenidən milliyə dəvət alacam.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı