“Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədovun Qol.az saytına müsahibəsi
- Arif müəllim, işsiz günləriniz hələ də davam edir?
- Bəli. Hələ ki, dincəlirik.
- Bəs, hansısa bir klubdan təklif almamısınız?
- Real olmayan şey haqda danışmaq istəməzdim. Ona görə də, hələ bir təklif olmadığını deyərdim.
- “Sumqayıt” klubunu çalışdıracağınız haqda söhbət gəzir.
- İlk öncə deyim ki, “Sumqayıt” komandasının elitada qalıb-qalmayacağı bilinmir. Hələ bu məsələ tam təsdiqini tapmayıb. Ancaq bu klubun rəhbərliyi tərəfindən mənə heç bir təklif gəlməyib.
- Pro kareqoriyalı məşqçi olduğunuzu nəzərə alsaq, karyeranızı xarici ölkədə davam etdirmək variantı varmı?
- Bu istiqamətdə iş gedir. Bu işlə məşğul olan menecerlər var ki, bunu həyata keçirmək istəyir. Alınar-alınmaz, artıq qismətdən aslıdır. Lakin birinci növbədə istərdim ki, öz ölkəmdə çalışım.
- Özünüzlə bərabər bəzi yerli məşqçilərin işsiz qalmasını nə ilə əlaqələndirərdiniz? Buna səbəb kimi nəyi görürsünüz?
- Bu, mənim işim deyil ki, analiz edim. Sadəcə, ola bilər, hansısa güvvələr var ki, yerli məşqçilərə qarşı kampaniya aparır. Yerli və əcnəbi məşqçiləri fərqləndirəndə görürsən ki, xarici məşqçiləri dağın başına qaldırırlar. Ancaq özümüzünkülərə bir qulp qoyurlarr. Bu isə obyektiv deyil. Ümumiyyətlə, bizim futbolumuzda qaranlıq işlər gedir, xəbərimiz yoxdur.
- Hansı qaranlıq məqamlar haqda danışırsınız?
- Şəxsən mənə deyiblər ki, pul ver, səni filan komandaya baş məşqçi qoyaq. Axı, bu, nə dərəcədə düzgündür? Biz görmüşük ki, məşqçini və ya futbolçunu çağıraraq müqavilə bağlamağı təklif edərlər və ordan da menecer öz payını götürər. Lakin indi tamamilə başqa cürdü. Görürsən, elə adamlar gəlib sənə təkliflər edirlər ki, onların futbola aidiyyatı yoxdur. Belə bir şeylə rastlaşanda ağlından bir şey keçir: yəqin ki, Azərbaycanda mənə işləmək qismət olmayacaq. Gərək ya samballı adamın, ya da pulun olsun ki, səni məşqçi təyin etsinlər. Mən buna inanmırdım. Lakin son bir il ərzində, bu işsiz vaxtlarımda buna rast gəldim. Demək həqiqətən də Azərbaycanda belə işlər gedir. Acı olsa da, bu, bir həqiqətdir. Belə gedişlə, necə olacaq, bilinmir.
Əli HƏYATİ
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı