“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Hazırda zədənlə bağlı durumun nə yerdədir?
- Artıq hər şey qaydasına düşmək üzrədir. Fərdi məşq edərək, qaçmağa da başlamışam. Qalır, komandayla birgə məşqlərə qoşulmağa.
- “Qarabağ”ın əsas futbolçularının getməsindən sonra yenidən əvvəliki gücünüzü bərpa edə biləcəyinizə inanırsan?
- Kimlərin gedəcəyi, kimlərin qalacağını baş məşqçimiz Qurban Qurbanov müəyyənləşdirir. Ancaq əlbəttə ki, Rəşad Sadiqovun və Georgi Adamiyanın komandadan getməsi “Qarabağ” üçün böyük itkidir. Onlar elə oyunçulardır ki, çıxış etdiyi istənilən kluba öz xeyirlərini verə bilərlər. Hər birinə karyeralarında uğurlar arzulayıram. Birdə, bunu hər kəs yaxşı bilir ki, əvəzolmaz futbolçu yoxdur. Gedən oyunçunun yerini mütləq hansısa futbolçu dolduracaq.
- Son zamanlar sənin də başqa klublara keçəcəyin deyilir. “Qarabağ”la müqavilən olduğu üçün klubdan gedə bilmədin, yoxsa sərfəli təklif olmadı?
- Mən “Qarabağ”la hələ nə kubok qazanmışam, nə də bir nəticə vermişəm. Həmçinin də, burada elə bir baş məşqçi və komandada elə dostlar var ki, gedə bilməzdm. Ona görə də bir çox klublara bir kəlməylə bildirdim ki, “Qarabağ”la müqaviləm var və burada qalmaq istəyirəm. Hələ bundan sonra da komandanın uğurları üçün əlimdən gələni edəcəyəm.
- Fikrincə, Yaponiyayla qarşılaşmada millimiz necə təsir bağışladı?
- Gördüyümüz kimi, çox zəif çıxış etdilər. Bəlkə də bu, bir çox amildən irəli gəlir. Ən əsası da çempionatın sonunda futbolçuların yorğun olması öz təsirini göstərə bilər. Rəqibin ustalıq səviyyəsi də öz sözünü dedi. Kaqava və Hondanın mükəmməl oyunu yığmamızın məğlubiyyətinə gətirib çıxartdı. Mən bu görüşdə Azərbaycan yığmasından yaxşı oyun gözləyirdim.
- Yəqin, fikir verdin ki, millimizin oyununda yaradıcılıq deyilən bir şey yox idi. Sanki komandada çaşqınlıq hökm sürürdü. Sən bunu nə ilə əlaqələndirərdin?
- Yəqin, bunları baş məşqçi Berti Foqts daha yaxşı bilər. Daha çox müdafiəyə üstünlük verildiyindən hücumlara yaxşı qoşulmurduq. Yenə də bunlara baxmayaraq, ara-sıra hücumlara qoşulurduq. Çox hücum qura bilməməyimizə rəqib də imkan vermədi. Nəzərə almaq lazımdır ki, rəqib futbolçuların çoxu tanınmış Avropa klublarında çıxış edir. Ona görə də millimizin hər hansı təhlükəli hücumlarının qarşısını asanlıqla ala bilirdilər. Bir şeyi də qeyd etmək istərdim ki, komandanın müdafiədən hücuma kefiyyətli qoşula bilməməsində Rəşad Sadıqovun yoxluğu özünü göstərdi. Onun müdafiə xəttində çox böyük əməyi olurdu. Komandanın müdafiədən hücuma keçməsində bu futbolçu xüsusi rol oynayırdı. Bu çatışmazlığı yaponlarla qarşılaşmada gördük.
- Bəs, Andorrayla yoldaşlıq oyununda bizim millidən nə gözləməyə dəyər?
- Başqa nə gözləməyə dəyər ki? Əla oyunla bərabər yaxşı qələbə. Bizim başqa bir variantımız yoxdur. Andorrayla qarşılaşmada qələbə qazanmağa borcluyuq.
Əli HƏYATİ
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı