Bakının "İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- “İnter”lə sənin hələ altı aylıq müqavillən var. Rəhbərlikdən müqavilənin müddətini artırmaq barədə təklif almısan?
- Komandada qalacağım artıq bəllidir. Müddət az olduğu üçün müqavilə imzalanmalıdır. İnşallah, buna yaxın zaman da aydınlıq gələcək.
- Ötən mövsümü komandan üçün necə dəyərləndirərdin?
- “İnter” həm çempionat, həm də kubok oyunlarında pis təsir bağışlamadı. Komanda ilk startda qarşısına qoyduğu məqsədə nail oldu və Avroliqaya vəsiqəni təmin etdik.
- “İnter”in hücum xəttində problemər vardı. Səncə, yeni transfer Tales Şütslə bunu aradan qaldıra biləcəksiniz?
- Tales pis futbolçu deyil. Əgər baş məşqçimiz Kaxaber Sxadadze məsləhət bilibsə, deməli, komanda üçün faydalı oyunçu olacaq. Onunla bir neçə qarşılaşmada rəqib olmuşuq. Bu hücumçu mənim çox xoşuma gəlir.
- Bəs, digər fransferləriniz Georgi Adamiya və Slavço Georgiyevski barədə nə söyləyə bilərsən?
- Adamiya Azərbaycanda artıq öz sözünü demiş futbolçudur. Hansı yerli klublarımızda oynayıbsa, həmin klublara xeyri dəyib. İnanıram ki, “İnter”ə də böyük kömək olacaq. Slavçoya gəlincə, onun komandamıza keçidini uğurlu transfer hesab etmək olar. Hər iki futbolçunun Avropa təcrübəsi olduğu üçün komandamıza əlavə üstünlük kimi qiymətləndirmək olar.
- Mövsüm ərzində demək olar ki, əsas heyətdə çıxış edərək özünü yaxşı tərəfdən göstərə bildin. Bəs, fikrincə, nə üçün Berti Foqts səni milliyə çağırmayıb?
- Açığı, təklif göndərəcəyinə ümid edirdim. Çünki onun “İnter”in oyunlarını stadionlardan izləyən vaxtlarda yaxşı çıxış etmişdim. Lakin hələ bir xəbər çıxmadı. Ola bilər, onun sxeminə uyğun futbolçu deyiləm. Bəlkə də, Foqts istədiyi futbolçu deyiləm. Əgər, Berti Foqts məni bəyənmirsə, nə edə bilərəm ki?
Əli HƏYATİ
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı