Azərbaycan millisinin sabiq üzvü Vidadi Rzayev Qol.Az-a müsahibə verib
- Millimizin Yaponiyaya qarşı oyunu izlədiniz?
- Bəli.
- Millimizin oyununu necə dəyərləndirərdin, niyə məğlub olduq?
- Hansı oyunu dəyərləndirim, millimiz oyun oynadı? 90 dəqiqə ərzində qapıya bir zərbə vurdular, bunu dəyərləndirməyə ehtiyac var? Hər şey göz önündədir. İlk 45 dəqiqədə rəqib qapısına yaxınlaşa bilmədilər. İkinci hissədə də Mahir Şükürov cərimə zərbəsi yerinə yetirirdi, top getdi dirəkdən döndü, vəssəlam.
- Bunun səbəbini nədə görürsən, niyə 90 dəqiqə ərzində qapıya bir zərbə endirdik?
- Səbəbini millinin məşqçilər korpusu yaxşı bilər, qoy, onlar cavab versinlər.
- Maraqlıdır, hər dəfə nə qədər xərc çəkilir, ən yüksək səviyyədə təlim-məşq toplanışları təşkil olunur, nə qədər pullar xərclənir amma, ortaya qoyulan oyun və nəticə dəyişmir. Axı, bu dərəcədə də olmaz...
- Bunun düzəlməsi üçün futbolda futbol adamları işləməlidir. Özünüz baxın, Gürcüstana yaxud, digər keçmiş SSRİ ölkələrinin futbol federasiyalarına, hamısında futbol adamları, veteran futbolçular çalışır. Bizdə də bu cür olmalıdır, veteranlar kənarda qalmamalıdır. Əvvəllər şərait yox idi, maddi durum çox pis idi, təlim-məşq toplanışını Zabratda, Buzovnada keçirdik. İndi şərait superdi, yaxşı maliyyə var, Zabratı, Buzovnanı Almaniya, Avstriya əvəz edir, amma nəticə həmin nəticədir. Foqts da deyir ki, AÇ-2016-ya gedəcəyik. Yeri gəlmişkən, Foqts neçə ildir Azərbaycandadır?
- Artıq 4 ildən çoxdur.
- Deməli, 4 ildir işləyir, hələ bir 4 il də vaxt istəyir. Ondansa Foqtsla ömürlük müqavilə bağlasınlar, qurtarsın, getsin də. Geridə qalan 4 ildə nə iş gördü ki, qarşıdan gələn 4 ildə də nə iş görsün? Məncə, federasiya rəhbərliyi artıq bu məsələ haqqında düşünməlidir. Subaşiçlərdən, Çertoqanovlardan qurtarmaq lazımdı.
- Legionerlardan söz düşmüşkən, millidə əcnəbilərin oynamasına necə baxırsan?
- Çox pis. Dəfələrlə demişəm, öz gənclərimizə şans vermək lazımdır. Bu gedişlə futbolçu yetişməyəcək. Millidə legionerin oynamasını heç cürə qəbul edə bilmirəm. Qoy, öz gənclərimiz oynasın, lap 0:5 uduzsun. Legionerləri doldurublar milliyə, biri gəlir, biri gedir, nəticə də həmin nəticədir. Ermənistan az qalırdı Avropa çempionatının final mərhələsinə çıxsın. Amma biz 7 xal yığırıq, müqayisə aparırıq ki, bu, Vaqif Sadıqovun vaxtındakından çox yığdı, nə bilim, filankəsdən 1 xal çox topladı. Gör, nəyi uğur sayırıq! Əvvəlki məşqçidən 1 xal çox toplamaq uğur deyil.
- Sizin dövrünüzdə böyükhesabla uduzsaq da, oyun var idi. Hətta Fransaya 0:10 məğlub olduğumuz qarşılaşmada millimiz 4-5 real qol imkanı əldə etmişdi. Amma indi bəzən 90 dəqiqəyə heç bir real epizod da əldə edə bilmirik...
- Əvvəlki futbolçuların təcrübəsi var idi. Bizim dövrdə Arif Əsədov, Samir Ələkbərov, Yunis Hüseynov, Mahmud Qurbanov, Nazim Süleymanov kimi futbolçular var idi hansı ki, hamımız bir-birimizi gözəl başa düşürdük. Yeganə çatışmayan cəhətimiz fiziki hazırlıq idi. Çıxırdıq fiziki gücümüz imkan verənə qədər oynayırdıq. Sonra artıq yorulurduq və başlayırdıq top buraxmağa. Fiziki hazırlığımızın aşağı olması da normal idi. Çünki o vaxt bizim şəraitimiz yox idi. Bayaq dediyim kimi, Zabratda, Buzovnada təlim-məşq toplanışı keçirdik. Təsəvvür edin, 10 günlük toplanışa görə cəmi 50 dollar “sutoçnı” alırdıq.
- Amma indi 22-23 yaşlı futbolçu 200-300 minlik müqaviləyə qol çəkir. Görəsən, niyə oynayıb öz üzərlərində artırmaq istəmirlər?
- 200-300 min? Sağlıqlarına qismət, amma elələli var, ondan da çox alır. Onların oynaması üçün bilirsiniz, neyləmək lazımdır? Hamısını qaytarmaq lazımdır bizim dövrə. Biz uduzanda pul almırdıq e, danlaq eşidirdik. Amma indikilər uduzanda da mükafat alırlar. Harada görünüb ki, futbolçuya uduzduğuna görə pul versinlər? Məgər, uduzan futbolçuya mükafat verərlər? Ona qalsa, bizim o qədər yaxşı oyunlarımız olub ki, amma, uduzmuşuq. Əksinə, dediyim kimi danlanmışıq. Düşünürəm ki, düz də ediblər. Bir də futbolçunun özündən də çox şey asılıdır. O gərək uduzduğu oyuna görə təklif olunan puldan imtina etsin. Öz aramızdı, oyuna çıxırlar, qarşılarında siyahı var: qələbəyə bu qədər, heç-heçəyə bu qədər, uduzmağa da bu qədər mükafat. Futbolçu da baxır ki, uduzsam da, mükafat alacağam. İndi özünüz fikirləşin, o futbolçu öz üzərində işləyib meydançada can qoyar?
- Sonda maraq üçün bir şeyi də soruşmaq istəyirəm. 1996-cı ildə İsveçrəni məğlub etdiyiniz oyuna görə nə qədər mükafat almışdınız? Əgər sirr deyilsə?
- Yox, burada sirr nə var ki? Hər futbolçuya 2000 dollar mükafat verildi. Təsəvvür edin, İsveçrə kimi yığmanı məğlub etdiyimizə görə cəmi 2000 dollar mükafat aldıq. İndikilər uduzur, amma 5000 dollar mükafat alır.
Anar XANLAROV
Düz 18 min 227 dəfə mərc edib…
“Həmişə Yamalı müdafiə edəcəyəm”
“Pedirinin zədəsi bizi çətin vəziyyətə saldı”
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
"Atletiko" "Sevilya"nı məğlub etdi
“Mançester Yunayted” heç-heçəyə razılaşdı
Misli Premyer Liqasında 1 oyunda 6 qol - Video
Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
“Vilyareal” rəqibini darmadağın etdi
“Neftçi”dən 5, “Zirə”dən 3 qollu qələbə
“Zirə”nin qələbəsi - Video
Alleqri zədəli futbolçuların durumunu açıqlayıb
“Ruan Renato Azərbaycan millisinə xeyir verə bilər”
Rəşad Sadıqov: “Belə də davam etməliyik”
"Neftçi" - "Kəpəz": Heyətlər
"Barselona"nın gözü "Arsenal"ın kapitanında
Patrik Vieyra istefaya göndərildi
Millimizin oyunlarının təqvimi açıqlandı
"Beşiktaş"ın məşqçisi dünyasını dəyişdi
Mbappe ən çox bu qolunu xatırlayır
"Karvan-Yevlax" - "Zirə": Heyətlər
Azərbaycan idmançılarının yeni reytinq sıralaması
Onların heç biri Rusiyada işləmək istəmirlər
Aaron Remzi klubundan ayrıldı
“Çelsi”dən “Qarabağ”a bildiriş gəldi
Ardıcıl ikinci dəfə La Liqada ayın oyunçusu seçildi
Poqba yenidən zədələnib
Superliqada 11-ci tur start götürüb
“Real”da ayın futbolçusu o seçildi
“Qarabağ” evdə “İmişli”ni belə məğlub etdi - Video
Cüdoçumuz Avropa çempionu oldu
Qurban Qurbanov hücumçu transferi ilə bağlı danışdı
Türkiyə klubunda baş məşqçi istefası
“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə çağırıldı
“8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq” - Qurban Qurbanov
Məhəmməd Salaha Səudiyyə Ərəbistanından rekord təklif
"Qarabağ" “İmişli”yə qalib gəldi
“İmişli”nin şikayəti təmin edilmədi
Pedro karyerasının sonuna yaxınlaşır
“Barselona” və “Real” bu hücumçunu transfer edə bilər