Millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov Qol.Az saytına müsahibə verib. Müsahibədə Sadıqov Azərbaycan milli komandasının Yaponiyaya qarşı keçirdiyi son oyunu dəyərləndirib, eyni zamanda Andorrayla oynayacağımız matç haqda danışıb
- Azərbaycan yığmasının səfərdə Yaponiyayla oyunu haqda fikirləriniz necədir?
- Açığı, mən millimizdən bundan qat-qat artıq oyun özləyirdim. Ola bilər ki, hansısa obyektiv səbəblər var. Bəlkə də, zədəli futbolçuların çoxluğu, çempionatın təzə başa çatması və uzun yol yorğunluğu da zəif çıxış etmələrində öz sözünü deyə bilər. Ancaq hər şeyə rəğmən mən onlardan tamamilə başqa oyun gözləyirdim. Rəqib nə qədər güclü olursa-olsun, motivasiya ondan daha güclü olmalıdır. Futbolçularımız bunu meydançada sübut etməlidir. Həmin oyunda əzmkarlığı görmək istərdim. Hansı ki, bunu Belçika və Qazaxıstan komandalarıyla qarşılaşmada görmüşdüm. İstəyim odur ki, oyundan-oyuna komandada irəliləyiş olsun.
- İlk hissədə futbolçularımız müdafiə olundu. Sizcə, belə qorxaq futbolu nə vaxta qədər oynayacağıq?
- İlk növbədə o fikirlə razı deyiləm ki, müdafiə olunduq. Əslində rəqib imkan vermirdi ki, komandamız ən yaxşı kefiyyətlərini ortaya qoysun. Yaponiya yığması ilk hissədə millimizdən qat-qat üstün oyun nümayiş etdirdi. Bu səbəbdən millimiz istər-istəməz müdafiəyə çəkilməyə məcbur olmuşdu və müdafiəfən çıxmaqda çox böyük problemlər yaşayırdılar, vəssalam.
- Nəzərə alsaq ki, çempionat yeni başa çatıb və futbolçularda yorğunluq çoxdur. Sizcə, belə bir məqamda uzaq bir ölkəyə səfər edərək, bizdən xeyli üstün bir milliylə yoldaşlıq görüşü keçirməyə ehtiyac vardı?
- Düzdü, çempionat bitdikdən sonra futbolçularda yorğunluq çox olur, onlar daha çox istirahət haqda düşünürlər, nəinki oynamaq barədə. Ancaq hər halda vaxt gəlib çatıb ki, artıq güclü rəqiblərlə mübarizə aparaq. Biz bu gün çəkinməməliyik və deməliyik ki, problemlərimiz var. Axə, nə qədər tərif olar?! Millinin problemləri güclü rəqibə qarşı oyunda ortaya çıxır. Ən vacib məsələ problemlərin həlli yolunu axtarıb tapmaqdır. Belə güclü rəqib seçməyimiz xoş haldı. Ümumiyyətlə, dünyada hazırda zəif rəqib anlamı yoxdur. Ən əsas məsələ, uduzsan belə, komandanın özünə məxsus oyun dəsti xəttinin olmasıdır. Heyf ki, mən millimizdə bunu görmədim.
- Yaponiyayla qarşılaşmada millimizin meydanda çaşqınlıq içərisində olması, eyni zamanda mübarizə anında aciz qalmaları sizə necə təsir göstərdi?
- Vaxt vardı ki, bir hücumçuyla oynayan yığmamız müdafiə olunurdu. Yaponiyayla oyunda meydana iki hücumçuyla çıxsalar da, daha çox müdafiə olunurdular. Düzdü, buna rəqib məcbur edirdi. Belə götürəndə belə çıxış etmələrində müəyyən səbəblər də vardı. Məsələn müdafiənin ortasında Rəşad Sadıqovun olmaması çətiniklik yaratdı. İkincisi də, məşqçinin həmin oyunda yeni futbolçuları sınaqdan çıxarması da oyunlarına təsir göstərdi. Bu problemlər hər zaman ortaya çıxacaq. Lakin çalışmalıyıq ki, bunları aradan qaldıraq. İndi bir söz deyə bilərəm ki, bu gün bizim futbolçular Yaponiya komandasıyla sona qədər mübarizə aparmağa hazır deyillər.
- Millinin baş məşqçisi Berti Foqts oyundan sonra mətbuat konfransında bildirmişdi ki, ilk hissədə rəqib sürətli oynasa da, ikinci yarıda isə bunu biz etdik. Siz bu fikirlə razısınız?
- Hər bir məşqçinin öz fikri olur. Ona hörmətlə yanaşmaq lazımdır. Berti Foqts öz gördüklərini deyib. Mən hesab edirəm ki, ikinci yarıda yığmamız hardasa bir az ilk hissədən fərli çıxış sərgiləyibsə, bu da Yaponiya millisinin rahatlaşmasıyla əlaqədardır. Çünki artıq hesabda irəli olan yaponlar bizə oynamaq imkanı verdilər.
- Yeri düşmüşkən, çoxları ikinci qolda günahı AZAL-dakı futbolçunuz Aqil Nəbiyevdə görür. O, bu oyunda avtaqola imza atdı.
- Mən hesab edirəm ki, bu məğlubiyyəti Aqil Nəbiyevin üzərinə atmaq lazım deyil. Bir şeyi başa düşmək lazımdır ki, müdafiəni çərimə meydançasında qurmurlar. Rəqib komanda bütün təhlükəli vəziyyətləri çərimə meydançamızın içərisində yaradıb. Əslində Aqil Nəbiyev qapımızdan ikinci qolun keçməməsi üçün əlindən gələni etməyə çalışdı. Ancaq neyləmək olar ki, belə alındı. Fikrimcə, Aqil bundan daha yaxşı çıxış edə bilərdi. Mən bildirmişdim ki, bu oyuna görə Aqillə hələ söhbət aparacağıq.
- Mayın 30-da yığmamız Andora millisinə qarşı daha bir yoldaşlıq matçına çıxacaq. Millimizin şanslarını necə dəyərləndirərdiniz?
- Mən deməzdim ki, Andora yığmasıyla oyunumuz asan keçəcək. Çünki hazırda zəif komanda yoxdur. Əgər, futbolçularımız Andorayla oyuna ciddi yanaşmasalar, hesab edirəm ki, istədiyimiz nəticəni əldə etmək çox çətin olacaq. Ancaq yenə də oyunun favoriti komanda millimizdir. İnanıram ki, komandamız qələbə qazanacaq.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video