İlia Kandelaki: "Düşünmürəm ki, heyətimiz zəifdi”

İlia Kandelaki: "Düşünmürəm ki, heyətimiz zəifdi”
ÖLKƏ FUTBOLU 25 May 2012 / 12:01 1789
-  A +

“Hələ ki, istirahətdəyik və mövsümün yorğunluğunu çıxardırıq. Bizim üçün çox çətin keçdi. Hətta avrokuboklardan kənar da qala bilərdik. Yaxşı ki, son anda bu şansı əldə edə bildik”.

Bu sözləri Qol.Az saytına açıqlamasında “İnter”in gürcüstanlı müdafiəçisi İlia Kandelaki deyib. Vətənində istirahət edən futbolçu avrokuboklarda uğurlu çıxış edəcəklərinə inanır: “İnter” keçən il də uğura yaxın idi. Səfərdə “Lex” kimi komandanı məğlub etdik. Təəssüf ki, oyunsonrası penaltilərdə uduzduq. Həmin vaxt Polşa çempionu bəxtimizə düşən ən arzuolunmaz komanda idi. Yəni, püşk ən güclünü bizə qismət elədi. İnanıram ki, bu dəfə vəziyyət bir qədər fərqli olacaq”.

Gürcü futbolçu komandasının potensialını daha da yüksək görür: “Ola bilsin, kimlərsə “İnter”i favorit saymasın. Ancaq mən düşünmürəm ki, heyətimiz zəifdi. Potensialımız bundan da artığına imkan verir. Əlbəttə, avrokuboklara çıxan istənilən komandanın güclənməyə ehtiyacı var. Bu haqda qərarı isə yalnız baş məşqçi verir”.

Son xəbərlər