“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev Qol.Az saytına müsahibə verib
- Hazırda “Rəvan”da nə yeniliklər var?
- Hələ ki, heç bir yenilik yoxdur, bütün futbolçuları istirahətə göndərmişik. Yaxın 2-3 günə heyət və gələcək planlarla bağlı bütün suallara aydınlıq gələcək.
- Hazırlıq planınız da məlum deyil?
- Təxmini demək olar, məlumdur. Sadəcə, təsdiqlənməsi lazımdır. Hazırlığımızı keçəcəyimiz ölkələr arasında iki variant var: Sloveniya, Türkiyə. Bu iki ölkə arasında seçim edəcəyik.
- Seçimi baş məşqçi edəcək, yoxsa rəhbərlik?
- Ümumi müzakirə olunacaq və birlikdə qərar veriləcək.
- Bəs, komanda nə vaxt bir araya gəlir?
- Gələn ayın 20-də.
- Bəhmən Həsənov baş məşqçi postunda qalacaq?
- O, hələ ki, “Rəvan”ın baş məşqçisidir.
- Növbəti mövsüm üçün hədəfiniz nəolacaq?
- Hədəfimiz yüksək yerlər olacaq. Daha da konkret desəm, Avropa Liqasına vəsiqə uğrunda oynayacağıq. Bunun üçün heyətimizi də gücləndirəcəyik, yeni futbolçular dəvət edəcəyik.
- Stadion məsələniz nə yerdə qalıb?
- Bu mövsüm olduğu kimi, növbəti mövsümdə də ev oyunlarımızı “Dalğa Arena”da keçirəcəyik. Bununla paralel olaraq, klubun öz bazasının tikintisi də davam edəcək.
- Çempionatın hazırkı formatı sizi qane edir?
- Açığı hazırkı formatı tam olaraq, uğurlu adlandıra bilməyəcəm. İkinci “altılıq” 7-8-ci yerdə qərarlaşan komandalar üçün demək olar, formal xarakter daşıyır. Çünki onların nə yüksək yer tutmaq şansı olur, nə də elitanı tərk etmək təhlükəsi. Odur ki, oyunların heç bir marağı qalmır. Mən təklif edərdim ki, formatda dəyişiklik edilsin və 7-ci yeri tutan komanda 3-cü pilləni tutan komanda ilə pley-off oynasın. İkinci “altılığ”a da Avropa Liqasına getmək şansı verilsə, burada da mübarizənin marağı, gərginliyi olar.
- Yeri gəlmişkən, məhz ikinci “altılıq”da “Rəvan”ın adı oyun alqı-satqısında hallandı. Deyilənə görə, son turda “Sumqayıt”ı məğlub etdiyiniz üçün “Turan”dan 20 min manat mükafat almısınız. Buna münasibətiniz?
- Birmənalı şəkildə deyirəm ki, “Rəvan” heç vaxt bu cür işlərin iştirakçısı olmayıb və olmayacaq da.
- “Turan”la ev matçında hesabda 2:0 öndə olduğunuz halda rəqib son dəqiqələrdə iki qol vurub məğlubiyyətdən qaçır. Əvəzində sizin üçün heç bir əhəmiyyət kəsb etməyən son tur matçında “Sumqayıt”a qarşı bütün gücünüzlə mübarizə aparırsınız. Məhz bu məqamlar “Rəvan”la “Turan”ın gizli sövdələşməyə getmələrinə dair söz-söhbətlərə yol açır...
- Əgər “Sumqayıt”a məğlub olsaydıq, onda necə olacaqdı? Bu futboldur, hər şey ola bilər. Bəzən olur ki, son iki dəqiqədə iki qol buraxırsan. Məsələn, çempionatın ilk turunda biz özümüz Gəncədə son iki dəqiqədə iki top buraxaraq, məğlub olmuşduq.
Anar XANLAROV
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi