“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Qol.Az-a müsahibə verib
- Komandada nə yenilik var?
- Hələ ki, heç bir yenilik yoxdur, futbolçular da istirahətdədir.
- Ümumiyyətlə, heyətdə nəzərəçarpacaq dəyişikliklər olacaq?
- Olacaq, amma vaxtı gələndə bunu da açıqlayacağıq.
- Bəs, özünüz beyninizdə kimlərinsə gedəcəyinə qərar vermisiniz?
- Bəli, mən bunu artıq özüm üçün müəyyənləşdirmişəm. Ancaq indi açıqlamaq istəmirəm. Çünki açıqlasam, kimsə oxuyacaq və psixoloji cəhətdən ona mənfi təsir edəcək. Toplanış başlayanda hamısı məlum olacaq.
- Ancaq sonra gec ola bilər axı. Siz elə vaxtda açıqlayacaqsınız ki, həmin futbolçular özlərinə klub tapa bilməyəcək...
- Yox, gec olmaz. Onsuz da çempionat avqusta başlayacaq. Ona kimi xeyli vaxt olacaq.
- İkinci qapıçınız Kamal Bayramovun “İnter”ə keçidinə dair də xəbərlər dolaşır. Bu nə dərəcədə doğru informasiyadır?
- Bu, yalan söhbətdi. Kamal heç bir kluba keçməyib və hələ ki, “Xəzər Lənkəran”ın futbolçusudur.
- Bəs, Kamran Ağayev necə, komandada qalacaq?
- O da hazırda “Xəzər Lənkəran”ın futbolçusudur.
- Ancaq özü açıqlamasında bildirib ki, təklif olarsa, legioner həyatı yaşamaq istəyir...
- Yox, bilirsiniz necədir, legioner həyatı yaşamaq elə məsələdir ki, biz özümüz də istəyirik ki, azərbaycanlı futbolçular Avropaya çıxısnlar. Bu mənada, Avropadan yaxşı təklif olsa, mən də istəyərəm ki, Kamran getsin.
- Lənkəranda bir qrup azarkeş tərəfindən Mirça Rednikə hələ də böyük sevgi qalmaqdadır. Hətta həmin azarkeşlər Cüneyt Biçərin ilk məşqi zamanı əllərində Rednikin plakatını tutub kənardan onunla bağlı şüar səsləndirmişdilər. Siz, hələ ki, bu cür təzyiqlərlə üzləşməmisiniz?
- Yox, hələ ki, mənim məşqimə Rednikin plakatı ilə gələn olmayıb (gülür). Sağ olsun, “Xəzər Lənkəran” azarkeşləri hörmət qoyurlar, gələn gündən də dəstək görürəm. Ötən gün bir qrup fanatla görüşümüz də oldu. Kimsə Rednikə hörmət qoyursa, yadından çıxarmayıbsa, bu onun şəxsi işidir. Amma yenə deyirəm, mən gəldiyim gündən özümə qarşı ancaq hörmət görmüşəm.
- Avropa Liqasındakı potensial rəqiblərinizlə tanış olmusunuz?
- Bəli.
- İlk oyunda kiminlə düşmək istərdiniz?
- Bəzən deyirlər ki, bu komanda düşsə, yaxşı olar, filan. Bu cür fikirləri qəbul eləmirəm. Siyahıya da baxdım, orada zəif komanda yoxdur. Həm də Avropa Liqasına düşən komandalar öz ölkələrinin çempionatında yaxşı çıxış edib bu ada sahib çıxıblar. Elə isə, necə zəif ola bilərlər?
Anar XANLAROV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video