“Qarabağ” klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
- Çempionatın gedişatında sənin mətbuatla əlaqələrin tamamilə kəsilmişdi. Buna səbəb nə idi?
- Müxtəlif səbəblərim vardı. Bir çoxları məni haqsız yerə günahlandırırdı. Düzdü, hər zaman demişəm ki, sağlam tənqid olmalıdır. Amma qərəzli yanaşmanı qəbul etmirəm. Ona görə də bir az küskün idim. Həmçinin Qurban müəllimlə məsləhətləşərək qərara gəldik ki, mətbuatla əlaqəni bir müddətlik kəsək.
- Komandanın Avroliqaya çıxa bilməməsi sənə necə təsir etdi?
- Əlbəttə, başda baş məşqçimiz Qurban Qurbanov olmaqla yanaşı bütün komanda buna çox üzüldü. Düzdü, bir neçə il biz Avropada uğurlu nəticələr əldə etmişdik. Lakin bu mövsüm istəyimizi reallaşdıra bilmədik. Bu da ondan irəli gəlir ki, mövsüm ərzində sabit çıxış etmədik. Bundan əlavə, heyətimizdə zədəli futbolçuların olması da uğursuzluqda sözünü dedi. Bir çox oyuna optimal heyətlə çıxa bilmədik. Ancaq mən arzu edərdim ki, avrokuboklara çıxan digər klublarımız, heç olmasa, “Qarabağ”ın nəticəsini təkrarlaya bilsinlər.
- İndi “Qarabağ”a qayıtdığına peşman deyilsən ki? Nəzərə alaq ki, komanda bu il titulsuz qaldı, Avropa yarışlarına çıxa bilmədi.
- Mən “Qarabağ”da oynadığım üçün heç bir zaman peşmançılıq hissi keçirməmişəm. Çünki bu, mənim üçün doğma bir komandadır. Mənim ən yaxşı illərim “Qarabağ”da olub. Hətta başqa yerli və Avropa klublarında çıxış edən zaman da ürəyim “Qarabağ”ın yanında idi. Bu gün də çox şadam ki, bu komandanın şərəfini qoruyuram. Müqaviləmin sonuna qədər bu komandama xidmət etməyə hazıram.
- Necə fikirləşirsən, Georgi Adamiyanın, Rəşad Sadiqovun, Nderim Nedzipinin gedişi “Qarabağ”ı zəiflədə bilərmi?
- Mənim onların hər biriylə dostluq münasibətim var. Həmçinin də xeyli müddətdir ki, komanda yoldaşlarım idi. Əlbəttə, klubdan getmək hər bir futbolçunun öz şəxsi işidir. Yəqin ki, burada baş məşqçinin də qərarları olub. Çünki baş məşqçi daha yaxşı bilər ki, kimi heyətində saxlamaq lazımdır, kimi yox. Birdə ki, hər bir futbolçu müqaviləsi başa çatdıqdan sonra istənilən klubda çıxış edə bilər.
- Səncə, gedən futbolçuların yerini layiqincə doldurmaq olacaq?
- Etiraf edək ki, Adamiya və Rəşad Sadiqov əla futbolçular idi və komandanın aparıcı fiqurlarından hesab edilirdilər. Onların “Qarabağ”dan getməsi məni də təəssüfləndirdi. Ancaq hər halda Qurban müəllim daha yaxşı bilir ki, kimlərin yerinə hansı futbolçuları gətirmək lazımdır. İnanıram ki, gələn futbolçular da komandanın vacib fiqurlarından olacaq.
- Sabah milli komandamız Asiya təmsilçilərindən olan Yaponiyayla yoldaşlıq görüşünə çıxacaq. Millimizin bu qarşılaşmada şanslarını necə dəyərləndirirsən?
- Bu oyunda komandamıza uğurlar arzulayıram. Arzu edirəm ki, yaxşı nəticə əldə etsinlər.Ən əsası ölkəmizi layiqincə təmsil etsinlər. O ki qaldı nəticəyə, çox çətin bir oyun olacaq. Nəzərə almaq lazımdır ki, Yaponiya millisi çox güclüdür. Lakin inanıram ki, uşaqlar meydanda əsl xarakter nümayiş etdirə biləcəklər.
Əli HƏYATİ
Düz 18 min 227 dəfə mərc edib…
“Həmişə Yamalı müdafiə edəcəyəm”
“Pedirinin zədəsi bizi çətin vəziyyətə saldı”
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
"Atletiko" "Sevilya"nı məğlub etdi
“Mançester Yunayted” heç-heçəyə razılaşdı
Misli Premyer Liqasında 1 oyunda 6 qol - Video
Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
“Vilyareal” rəqibini darmadağın etdi
“Neftçi”dən 5, “Zirə”dən 3 qollu qələbə
“Zirə”nin qələbəsi - Video
Alleqri zədəli futbolçuların durumunu açıqlayıb
“Ruan Renato Azərbaycan millisinə xeyir verə bilər”
Rəşad Sadıqov: “Belə də davam etməliyik”
"Neftçi" - "Kəpəz": Heyətlər
"Barselona"nın gözü "Arsenal"ın kapitanında
Patrik Vieyra istefaya göndərildi
Millimizin oyunlarının təqvimi açıqlandı
"Beşiktaş"ın məşqçisi dünyasını dəyişdi
Mbappe ən çox bu qolunu xatırlayır
"Karvan-Yevlax" - "Zirə": Heyətlər
Azərbaycan idmançılarının yeni reytinq sıralaması
Onların heç biri Rusiyada işləmək istəmirlər
Aaron Remzi klubundan ayrıldı
“Çelsi”dən “Qarabağ”a bildiriş gəldi
Ardıcıl ikinci dəfə La Liqada ayın oyunçusu seçildi
Poqba yenidən zədələnib
Superliqada 11-ci tur start götürüb
“Real”da ayın futbolçusu o seçildi
“Qarabağ” evdə “İmişli”ni belə məğlub etdi - Video
Cüdoçumuz Avropa çempionu oldu
Qurban Qurbanov hücumçu transferi ilə bağlı danışdı
Türkiyə klubunda baş məşqçi istefası
“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə çağırıldı
“8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq” - Qurban Qurbanov
Məhəmməd Salaha Səudiyyə Ərəbistanından rekord təklif
"Qarabağ" “İmişli”yə qalib gəldi
“İmişli”nin şikayəti təmin edilmədi
Pedro karyerasının sonuna yaxınlaşır
“Barselona” və “Real” bu hücumçunu transfer edə bilər