Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Hazırda nə işlə məşğulsunuz, hansısa təklif almısınızmı?
- Xeyr, heç bir təklif yoxdur.
- Ümumiyyətlə, əlaqə saxlayan olmayıb?
- Xarakterimi bilənlər bilir ki, yalan danışmaqla aram yoxdur. Yalandan özümü reklam xatirinə deyə bilərəm ki, bir neçə təkliflər var, fikirləşirəm filan. Axı yoxdur, yalandan niyə deyim?
- Futboldan kənar qalmağın yaxşı və pis tərəflərini necə görürsünüz? Hansı daha qabarıq görünür?
- Bu haqda danışmaq istəmirəm. Qanqaraldıcı, xoş olmayan mövzu olduğundan, danışmasaq yaxşıdır. Həm də istəmirəm desinlər ki, danışır, özünü reklam edir.
- Hər halda müsahibə üçün siz bizə yox, biz sizə müraciət etmişik. Odur ki, kiminsəo cür düşünməsi məntiqsiz olardı. Yenə də suala cavab versəniz yaxşı olardı.
- Hər iki tərəf görünür. Yaxşı tərəfi odur ki, düşünürsən bəzi çirkin işlərin içində deyilsən. Mən bunu həmişə demişəm ki, klub prezideninin, maliyyə buraxan şəxsin futbolu bilməsi, futbol adamı olması o qədər də vacib deyil. Ancaq idarə edənlər, onun ətrafı mütləq futbolu anlamalı, başa düşməlidir. Bu gün baxırıq, heç bir klubumuzda planlı iş aparılmır. Futbol sanki bir nəfərdən aslıdır. Bu gedişlə həmin klub necə uğur qazana bilər? Bax bunları kənardan görəndə adama pis təsir edir. O ki, qaldı futboldan kənarda qalmağın mənfi tərəfinə, təbii ki, maddi cəhətdən pisdir.
- Bu yaxınlarda verdiyiniz açıqlamalarınızın birində Azərbaycan çempionatını izləmədiyinizi demisiniz. Doğrudur?
- İzləmək deyəndə, belə ümumi məlumatım var. Məsələn, bilirəm ki, “Neftçi” çempion oldu “Xəzər Lənkəran”, “İnter” Avropa Liqasına getdi. Amma dərindən izləmirəm. Deyim ki, ilk turdan bu günə bütün oyunları izləyirəm, təhlil edirəm, yalan olar.
- Avrokuboklara kimlərin getdiyini bilirsiniz. Çoxları “Qarabağ”ın yoxluğunda digər klublarımızdan ciddi uğur gözləmir. Bəs siz?
- Uğur gözləmək nəyə deyirsiniz? Bizdə 1 mərhələ keçmək uğur sayılır. Amma məncə, klublarımız 3 mərhələ keçməlidir. Bunun üçün çalışmaq laızmdır, pafozlu çıxışlar etmək yox. Çıxırlar qrup mərhələsinə düşməkdən danışırlar, sabah da sözlərinin üstündə durmayanda azarkeşin gözündən düşürlər. Ona görə adam çox şey gözləmir. Danışmaq yox, əməldə iş görmək, nəticə qazanmaq lazımdır.
- Necə düşünürsünüz, 2012-13-cü il mövsümündə Şahin Diniyevi iş başında görə biləcəyik? Buna ümid edirsiniz?
- Buna görə o qədər də narahat deyiləm. İşsiz qalmaq olar, əsas odur simanı itirməyəsən. Bayaq dediyim kimi, mən də çıxıb reklam xatirinə deyərəm ki, 100 yerdən təklif var. Bəzən deyirlər ki, mətbuata çıxmıram, danışmıram. Belə baxanda heç çıxmasan yaxşıdır. Kiminsı haqqında xoş söz deyəndə deyirlər ki, yaltaqlanır. Kimi tənqid edirsən, onda da deyirlər ki, ayağının altını qazır. Odur ki, susmaq məsləhətdir.
Anar XANLAROV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video