Türkiyədə müalicə prosesi keçən “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Qol.Az saytına müsahibə verib
- Hazırda durumun nə yerdədir?
- Hələ ki, müalicəm davam edir. İnşallah tezliklə zədəmi sağaldaraq komandanın heyətinə donəcəyəm.
- Ümumiyyətlə, həkimlər nə vaxt meydana dönə biləcəyini söyləyiblər?
- Hakimlərin dediyinə görə hardasa 5 həftədən sonra bu baş verə bilər. İnşallah Allah bilən məsləhətdir.
- Komandanın Avroliqaya vəsiqə qazana bilməməsini necə qarşıladın?
- İlk öncə çalışdıq ki, vəziyyətdən çıxaq. “İnter” üzərindəki qələbədən sonra səfərdə “Xəzər Lənkəran”a məğlub olduq. Artıq bu mövsümün bizim üçün uğursuz olduğunu qəbul etdik. Əvvəlki müsahibələrimdə də qeyd etmişəm ki, “Qarabağ” öz oyununu çempionatın birinci turundan nümayiş etdirməliydi, ikinci dövrə yox. Sonradan digər rəqiblərindən geri qalmağa başlayırsan. Bu kimi amillərdə futbolçuların psixoloji durumuna pis təsir edir. Lakin bu il yaxşıca istirahət etməyə vaxtımız olacaq. Həmçinin də, yüksək səviyyədə təlim-məşq prossesləri keçərək çatışmazlıqlarımızı aradan qaldıracağıq. Çalışacağıq ki, növbəti mövsümdə həm çempionluğa oynayaq.
- Son turda “Qarabağ”ın “Xəzər Lənkəran”dan böyükhesablı məğlubiyyət almasını nə ilə əlaqələndirərdin?
- İlk 30 dəqiqə ərzində “Xəzər Lənkəran” qapımıza üç zərbə endirdi ki, hamısı qol oldu. “Qarabağ”ın zərbələri isə dirəkdən və tirdən qayıtdı. Yaxşı real qol imkanlarımız olsa da, vura bilmədik. Belə uğursuzluqlar olan halda bilirsən ki, məğlubiyyət qaçılmazdı. Bu gedişlə uğursuzluq qaçılmaz olur. Və yaxud “Neftçi”ylə oyunu götürsək ,75 dəqiqə üstün tərəf olduğumuz halda, qapına 35 metrdən vurulan zərbə doqquzluğa gedir. “Qarabağ” son illər nə vaxtsa uğursuzluğa düçar olmalıydı. O da bu ilə təsadüf etdi. Çalışacağıq ki, bu səhvlərdən ibrət çıxararaq, gələn il daha güclü olaq.
- Sabiq komanda yoldaşın Rəşad Sadiqovun mövsümün sonunu gözləmədən komandanı tərk etməsinə reaksiyan necə oldu?
- Bu, futbol aləmində normal qarşılanır. İndi bu futbolçuya “Neftçi”dən təklif olub. Həmin şərtlər onu qane etdiyi üçün Rəşad da götür-qoy edərək qəbul etdi. Sadəcə olaraq, bu, çempionat bitəndə baş versəydi daha yaxşı olardı.
- Sənin özünün də “Qarabağ”dan getməyə hazırlaşdığın barədə xəbər yaylıb. Bu, doğrudur?
- Bunlar hamısı boş söhbətlərdir. Mən uğursuzluq olan yerdən qaçan adamlardan deyiləm. İnşallah, gələn mövsüm üçün daha yaxşı hazırlaşıb isdəyimizə nail olacağıq.
Əli HƏYATİ
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!