“Bakı” klubunun müdafiəçisi Elvin Əliyevin Qol.Az saytına müsahibəsi
- Uzun müddətdir zədə səbəbindən futboldan kənarda qalmısan. Hazırda durumun necədir?
- İndi bərpa prosesi keçirəm. Ayağımın sağalmasıyla məşğulam.
- Deməli, hələ heç fərdi məşqlərə də başlamamısan?
- Elədir. Çünki həkimlər buna icazə vermirlər. Müddətə gəlincə, bu, elə ağrı zədədir ki, gec sağalır. Hər gün terapiya müayinəsindən keçirəm. Həkimlər bildirirlər ki, irəliləyiş çox sürətlə gedir. Belə getsə, yaxın zamanda yaşıl meydanlara dönəcəyəm.
- Azərbaycan kubokunun finalında sən də komandanın oyununu kənardan seyr etdin. Matça bağlı təəssüratların necədir?
- Həmin gün bəlkə də, meydandakı komanda yoldaşlarımdan daha həyacanlı idim. Özüm oyunda olmasam da, ürəyim futbolçularımızla idi. İlk dəqiqələrdə rəqibimiz üstün tərəf olsa da, sonradan nəticəni öz xeyrimizə dəyişə bildik. Ona görə də rəqibimizə əl-qol açmağa imkan vermədik. Ən əsası gözəl oyunla qalib gəldik. Həmin oyunda biz ölkənin ən güclü komandasına qarşı mübarizə aparırdıq. Lakin rəqibin həm taktiki gedişlərinə, həm də futbolçularının çıxışlarına yaxşı bələd idik. Bilirsiniz, son vaxtlar bəziləri “Bakı”nı çox pisləyirdi. Hətta çoxları deyirdi ki, “Bakı” komanda deyil. Nə bilim, “Bakı”da ayrıseçkilik var və sair. Düzdü, mövsümə pis başladıq. Lakin son turlarda gözlənilməz qələbələr əldə edərək, çoxlarını şoka saldıq. Hər kəs yaxşı dərk edirdi ki, başqa çıxış yolumuz yoxdur. Nəyin bahasına olursa-olsun, kuboku götürməliydik.
- Sən özün kuboku qazanacağınıza inanırdın?
- Çoxları bu görüşdə “Neftçi”nin qalib gələcəyini söyləyirdi. Mən ancaq komandadakı istəyi, yanğını gördüyüm üçün bizim qalib olacağımızı hiss edir və inanırdım. Bunu meydanda öz oyunumuzla, əzmkarlığımızla sübut etdik. Biz kuboku qazanmağa layiq idik. Birdə ki, məni tanıyanlar xarakterimə yaxşı bələdirlər. Mənim çəkindiyim və qorxtuğum rəqib yoxdur. Hər zaman da sözün düzünü deməyi xoşlayıram. Çempionat ərzində “Neftçi”yə 2-3 dəfə məğlub olmuşduq. Həmçinin də, həmin qarşılaşmalarda çox pis oynamışdıq. Bu görüş bizim üçün sanki qisas oyunu oldu. Həm də, qazandığımız qələbəylə, bütün məğlubiyyətlərimizi unutdurmaq istəyirdik.
- Sənin “Bakı”da qalıb-qalmayacağınla bağlı məsələ nə yerdədir?
- Allah çətin vaxtlarımda mənə dəstək olan insanlardan olsun. “Bakı” rəhbərliyi sona qədər mənə arxa durdu. Hətta mənə yeni müqavilə də. təklif ediblər. Gözləyirlər ki, zədəmi tam sağaldaraq komandanın heyətinə dönüm.
- Artıq müqavilə bağlamısan?
- Düzdü, rəsmi olaraq müqavilə bağlanmayıb. Ancaq təklif ediblər. İnşallah zədəmi sağaldıqdan sonra müqavilə imzalayacağam.
- Həkimlər nə qədər müddətdən sonra meydana dönə biləcəyini söyləyiblər?
- On gün əvvəl meydana bir aydan sonra dönə biləcəyimi bildirmişdilər. Bundan sonra rahat məşqlərə başlaya biləcəyimi söylədilər. Çox güman ki, “Bakı”nın ilk təlim-məşq toplantısında iştirak edəcəyəm.
- Necə düşünürsən, zədədən sonra baş məşqçiniz Novruz Əzimov sənə əsas heyətdə şans verəcək?
- Bilirsiniz, bu Novruz Əzimovluq yox, sırf olaraq mənim problemimdir. Yeri gəlmişkən, sağ olsun Novruz müəllim ki, hər zaman mənə dəstək olub. Tez-tez zəng edərək vəziyyətimi soruşur.Mənim yoxluğumda mövqedə digər komanda yoldaşım Elşad Manafov çıxış edir. Heç kim inanmazdı ki, o, kubokun finalında belə parlaq oyun nümayiş etdirər.
- Bu o deməkdir ki, heyətə dönəndən sonra səni güclü rəqabət gözləyir...
- Ümumiyyətlə, rəqabətsiz futbol olmaz. Rəqabət olmasa mən əvvəlki formamı da bərpa edə bilmərəm.
Əli HƏYATİ
Anri mükafatlandırıldı
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib