“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmovun Qol.Az saytına müsahibəsi
- Ölkə kubokunun dünənki final qarşılaşmasının qalibi “Bakı” oldu. Ümumilikdə bu qarşılaşma barədə nə deyə bilərsən?
- Biirdik ki, “Neftçi”ylə oyun asan keçməyəcək. Ona görə də oyuna yaxşı motivasiya olmuşduq. İlk dəqiqələrdən rəqibi qapısı ağzına sıxışdırmağa nail olduq. Bunun da nəticəsində ilk qolu biz vurduq. Bundan sonra isə rəqib özü açıq futbola üstünlük verdi. Və nəticədə ikinci topu vuraraq qələbənin təməlini qoyduq.
- Erkən qol vurmaq baş məşqçinizin tapşırığı idi, yoxsa?
- Futbolda qolun nə vaxt vurulacağını təxmin etmək çətindir. Ancaq erkən qol vurulmasıyla bağlı heç bir tapşırıq olmamışdı. Bizim üçün əsas məsələ öz oyunumuzu nümayiş etdirib kuboku qazanmaq idi.
- Səncə, rəqibinizi daha çox hansı kompanentlərdə üstələdiniz?
- Biz meydanda daha inadla mübarizə aparırdıq. Həmçinin təhlükəli vəziyyətlərimizin sayı “Neftçi”dən çox oldu. Ancaq ümumi götürəndə “Bakı” dünən “Neftçi”ni bütün kompanentlərdə üstələdi.
- Necə düşünürsən, “Neftçi”nin oyunu dünən niyə alınmadı?
- Dünənki qələbənin yeganə bir səbəbi vardı: biz “Neftçi”dən daha güclüydük. Yəni rəqibə nəsə etmək üçün imkan vermədik.
- Hesabda iki top fərqiylə irəli çıxdıqdan sonra daha çox müdafiə olunmağa başladınız. Görünür, “Neftçi”nin nəticəni öz xeyrinə dəyişəcəyindən ehtiyat etdiniz.
- Xeyr, mən belə deməzdim. Əgər belə olsaydı, sonradan rəqibimizin qapısı qarşısında xeyli təhlükəli epizod yaratmazdıq. Elə Şoliç və Çesnauskisin yaratdığı real qol imkanlarını dəyərləndirsəydik, bəlkə hesab daha böyük olardı. Heç bizə baş məşqçi Novruz Əzimov tərəfindən müdafiəyə oturmaq barəsində tapşırıq da verilməmişdi. Belədə ki, nəticəni qorumaq üçün nə lazımdırsa, onu da etdik.
- Artıq mövsüm başa çatıb. Kuboku da şəxsi muzeyinizə götürdünüz. Komandanın kapitanı kimi hazırki məşqçiniz Novruz Əzimovun vəzifəsində qalmasını tərəfdarısan?
- Novruz müəllim çox işgüzar bir insandır. Buna misal olaraq yaxşı nəticə də verdi. İnanıram ki, rəhbərliyimizin qərarı “Bakı” klubu üçün xeyirli olacaq. Bu haqda yalnız rəhbərliyimiz qərar verə bilər. Özümə gəldikdə, Növruz müəllimlə işləmək mənə xoşdur. Çünki futbolçuları çox gözəl anlayır. Bir sözlə, bu insan haqda çox xoş söz söyləmək olar.
Əli HƏYATİ
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"