AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Qol.Az-a müsahibə verib
- Dünən keçirilən ölkə kubokunun final matçı ilə mövsümə yekun vuruldu. Başlayaq, elə finaldakı hakim idarəçiliyindən...
- Öncə onu deyim ki, bu oyunu kimin idarə edəcəyi ilə bağlı mətbuatda və bir sıra saytlarda müxtəlif fikirlər getdi. Ancaq onu demək istəyirəm ki, məhz Əliyar Ağayevin kubokun finalını idarə edəcəyi aprelin 28-dən məlum idi. Bir qədər diqqətli araşdırma aparsanız, özünüz də görərsiniz ki, həmin tarixdən sonra Əliyar “Neftçi” və “Bakı”nın iştirakı iləkeçirilən oyunlara təyinat almayıb. O ki qaldı onun idarəçiliyinə, dünyada hələ belə şey olmayıb ki, ölkə kubokunun finalı 24 yaşlı gəncə həvalə olunsun. Ağayev oyunu çox yüksək səviyyədə idarə etdi və işinin öhdəsindən layiqincə gəldi. Mən ilk dəfə olaraq, onun aldığı qiyməti də açıqlamaq istəyirəm. Əliyarın idarəçiliyi 8.4 balla qiymətləndirilib.
- Maraqlıdır, əgər təyinat aprelin 28-dən məlum idisə, niyə onu oyunun startına bir neçə saat qalmış açıqladınız?
- Bu, həmişə belə olub. Düzdür, bu dəfə hakimləri hansısa otelə toplamamışdıq. Ancaq özləri bilirdilər ki, kim təyinat alıb.
- Ağayevin rəqibi var idi, yoxsa o, yeganə namizədiniz olub?
- Açığı, ilk namizəd Anar Salmanov idi. Lakin o, son turlarada idarə etdiyi oyunlarda xətalar etdiyindən üstünlüyü Əliyara verdik. Düşünürəm ki, bu addımı atmaqda heç də səhv iş görmədik.
- “Neftçi” futbolçusu Denis Silvanın qırmızı vərəqə aldığı epizodda hakimə ciddi etirazını bildirdi. Həmin epizodu siz necə şərh edərdiniz?
- Hakim həmin epizodda tamamilə haqlı qərar qəbul etdi. Denis Silva təhlükəli hücumun qarşısını kəsdi ki, bu da sarı vərəqə deməkdir. Onun daha öncə də bir sarı vərəqəsi olduğunu nəzərə alsaq, verilən qırmızı vərəqə də tam məntiqli idi. Düzdür, adətən, final oyunlarında hakimlər çalışırlar bacardıqları qədər say tərkibini qorusunlar. Məsələn, son dünya çempionatının İspaniya - Hollandiya finalını xatırlayın. Həmin oyunda hakim hollanların ən azı 4 futbolçusunu meydançadan qovmalıydı amma, güzəşt elədi. Lakin elə şeylər də var ki, güzəşt etmək olmur. Əgər hakim Denisi meydançadan qovmasaydı və “Neftçi” sonradan qələbə qazansaydı, necə olacaqdı? Onda “Bakı”nın etirazına necə cavab verəcəkdik?
- Geridə qalan mövsümü necə dəyərləndirərdiniz? Qış fasiləsinə kimi hakim səhvlərinin sayı xeyli çox olsa da, fasilədən sonra nəzərəçarpacaq azalmalar oldu...
- Təlim-məşq toplanışları da məhz bundan ötrü təşkil olunur ki, buraxılan səhvlər aradan qaldırılsın. Həqiqətən də qış fasiləsinə qədər ciddi hakim səhvləri olmuşdu. Ancaq deməzdim ki, onların sayı həddən artıq çox idi. Hardasa 3-4 səhvi qeyd edə bilərəm. İndi bir müqayisə aparacağam, yenə başqa cür başa düşəcəklər. Ancaq fakt var ki, son Rusiya Premyer Liqasında keçirilən 44 oyunda hakimin birbaşa nəticəyə təsir edən səhvi aşkarlanıb. Mən özüm də bu məlumata oxuyanda dəhşətə gəldim.
- Deyəsən, tədricən hakimlərin sırasında gəncləşmə prosesi artır...
- Elədir, biz də ona çalışırıq ki, bu prosesi ildən ilə artıraq. Bu gün Əliyar Ağayev ölkənin ən yaxşı hakimi sayıla bilər. Amma, biz istəmirik ki, o, tək olsun. Orxan Məmmədovu da xüsusi qeyd edərdim. Biz ona baş hakim kimi təyinat verəndə çoxları deyirdi ki, o, elə yan xətt hakimi kimi qalsa yaxşıdır. Ancaq indi fikirlər tamam dəyişib. 2 ay bundan qabaq onu baş hakim kimi “Kəpəz” - “Simurq” matçına təyin elədik və inanın ki, oyundan sonra Gəncə azarkeşləri onu alqışladı. Baxmayaraq ki, “Kəpəz” uduzmuşdu. Digər gənc hakimlərimizə də böyük ümidlərimiz var və tezliklə siz də bunun şahidi olacaqsınız. Əsas məqsədlərimizdən biri də bölgələrdən perspektivli hakimlərin tapılıb üzə çıxarılmasıdır. Mən hələ 2008-ci ildən bu məsələni gündəmə gətirmişəm və bu gün də bunun üzərində gərgin iş gedir.
- Bu yay hakimlərin təlim-məşq toplanışını harada keçirməyi düşünürsünüz?
- İki variant var - Polşa və Sloveniya. Polşada bizə təklif olunan şərait superdi. Ancaq məsələnin pis tərəfi odur ki, orada oyun sayı çox azdır. Bizə isə daha çox oyun idarə etmək lazımdır. Sloveniyada isə oyun sayı çox olsa da, bəzi problemlər ortaya çıxıb. Ümid edirəm ki, həmin problemi aradan qaldırmaq mümkün olacaq. Səfərə 36-38 nəfər hakim aparacağıq.
Anar XANLAROV
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək