“Neftçi” klubunun yarımmüdafiəçisi Slavço Georgiyevskinin Qol.Az saytına müsahibəsi
- Dünən “Bakı”yla kubok oyunun 46-cı dəqiqəsində əvəzləndikdən sonra matçı ehtiyyat skamyadan deyil, tribunadan izləməyin birmənalı qarşılanmadı. Belə addım atmana nə səbəb oldu?
- Doğrudan da, belə etmişdim. Fərqi nədir ki, ehtiyyat skamyadan oyunu izlədim, ya tribunadan? Üst başımı dəyişərək tribunada oturmağı qərara aldım.
- Söhbət gəzir ki, baş məşqçiniz Böyükağa Hacıyev səninlə müqaviləni yeniləməkdə maraqlı deyil. Bu, doğrudur?
- Mən Böyükağa müəllimin fikrinin nə olduğunu bilmirəm. Baş məşqçi bunu mənə hələ şəxsən söyləməyib. Əgər siz dediyiniz kimi istəmirsə, neyləmək olar? Yeni müqavilə barədə hələ rəhbərliklə heç bir danışığımız olmayıb. Yəqin ki, yaxın zamanda agentimlə birgə masa arxasına oturacağıq.
- Ümumiyyətlə, dünənki oyun haqda fikirlərin necədir?
- Bizim ilk hissədə iki real qol imkanımız oldu. Lakin onları dəyərləndirə bilmədik. Vurmayana isə vurarlar. “Qarabağ”la oyunların birində hesabda iki top geri olmağımıza baxmayaraq, üç qol vuraraq qələbə qazana bilmişdik. Lakin bu dəfə bunu bacarmadıq. Klubun prezidenti Sadıq Sadıqovdan və azarkeşlərimizdən “qızıl dubl” edə bilmədiyimizə görə üzr istəyirik.
- “Neftçi”nin dünənki yenilgisinə futbolçuların hələ də çempionluq ab-havasından çıxa bilməməsini səbəb göstərmək olar?
- Deməzdim ki, məğlubiyyətimiz bunla bağlıdır. Biz öz futbolumuzu oynamağa çalışırdıq. Sadəcə, rəqib ilk hissənin 9 dəqiqəsində erkən qol vurmağı bacardı. Sonradan ikinci topu da qapımızdan keçirməyə müəssər oldu. Birinci hissədə iki top buraxmağımız komandada bir az çaşqınlıq yaratdı.
- Səncə, “Bakı” layiqli qələbə qazandı, yoxsa “Neftçi” şanssızlığın qurbanı oldu?
- Rəqib həmin gün ən yaxşı oyunlarından birini keçirdi. Düzdü, bizim də bəzi məqamlarda şanssızlıq yaşadığımız anlar oldu. Bir real qolumuzun gerçəkləşməsinə qapı tiri imkan vermədi. Belə olan halda rəqib daha da ruhlandı. Çempionluq qazandıqdan sonra kubokun finalında məğlub olmağımız mənə çox pis təsir etdi.
- İkinci hissədə komandanızda mübarizə əzmi o qədər də hiss olunmurdu. Sanki yorğunluq və psixoloji durum futbolçuların iradəsinə güc gəlmişdi. Bununla razısan?
- Mən yorğunluqdan çox bunu psixoloji durumla əlaqələndirərdim. Finalda qapında iki qol gördükdən sonra toparlanmaq çox çətindir.
- İkinci yarıda komanda yoldaşlarının bəzilərində mübarizədən daha çox aqressivlik hiss olunurdu. Təsadüfi deyi ki, komanda yoldaşın Denis Silva qırmızı vərəqə alaraq, meydandan qovuldu...
- Komanda yoldaşlarımda belə xarakter olması mənim xoşuma gəlir. Bu, futbolçularda mübarizlik keyfiyyətini artırır. Denis həmin anda çox aqressiv görünürdü. Hətta Stamenkoviçə də etiraz edirdi. Yəqin ki, məğlub olduğu üçün pis olmuşdu. Deməzdim ki, bu amil qələbə qazanmağımıza mane oldu. Sadəcə olaraq, dünən “Neftçi”nin günü deyildi.
Əli HƏYATİ
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək