“Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Hazırda nə işlə məşğulsunuz?
- Hələ ki, şəxsi işlərimlə məşğulam. İşsiz adam nə işlə məşğul olar ki?
- Artıq çempionatımız başa çatıb. Yerli klublardan sizə təkliflər gəlməyib?
- Xeyr. Heç bir klubla danışıqlar aparmamışam. Hələ çempionatımız yeni başa çatıb. Ola bilsin ki, bir müddətdən sonra təkliflər gəlsin.
- Son çempionatımızın səviyyəsini necə dəyərləndirərdiniz?
- Əgər, “Qarabağ” kimi komanda Avroliqaya çıxa bilməyibsə, çempionatın səviyyəsindən nə danışmaq olar? Əlbəttə, zəif təsir bağışladığını deyə bilərəm.
- Amma bir çoxları “Qarabağ”ın bu vəziyyətinə görə baş məşqçi və klubun rəhbərliyini günahlandırırlar. Yəni rəhbərlik komandaya səviyyəli futbolçuların transferi üçün yaxşı maliyyə ayırmayıb. Siz necə düşünürsünüz?
- Hər bir məşqçinin futbola öz baxışı, xüsusi planı olur. Mən heç kimin işinə qarışmaq istəməzdim. Rəhbərliyin işinə də qarşımaq düzgün olmazdı. Bu, klubun daxili işidir. Ola bilər, pul ayırıblar,ancaq yaxşı futbolçu tapa bilməyiblər. Bunun ən dəqiqini yəqin ki, özləri bilir. Lakin artıq hər şey geridə qalıb.
- “Qarabağ”ın avrokuboklara vəsiqə qazana bilməməsini faciə adlandırmaq olar?
- Faciə odur ki, Azərbaycanın yaralı, dərdli bir bölgəsinin adını daşıyacaq bir klub bu il Avropada çıxış etməyəcək. “Qarabağ”ın Avropada oynamasının Azərbaycan üçün siyasi əhəmiyyəti də böyük idi. Heyf ki, komanda Avropaya gedə bilmədi.
- Bəs, sabiq komandanız “Qəbələ”nin avrokuboklardan kənarda qalmasını necə qarşıladınız?
- Mən inanıram ki, “Qəbələ” gələn il bu mötəbər turnirdə iştirak edəcək. Çünki bunun üçün kluba lazım olan hər cür şərait yaradılıb. Komandanın çox səviyyəli futbolçuları var. Onların çıxışları xoşuma gəldi. Düşünürəm ki, Avroliqaya çıxmaq üçün bir qədər bəxtləri gətirmədi.
- Bir mütəxəssis kimi avrokuboklarda hansı klubumuzdan yaxşı nəticə gözləyirsiniz?
- Bütün klubların şansları var. Mən onların hamısına çox inanıram. Fikrimcə, bu il ən azı iki mərhələ adlaya biləcəklər. Hər birinə uğurlar arzulayıram.
- Bu gün ölkə kubokunun finalında “Neftçi”ylə “Bakı” qarşılaşacaq. Bu oyunda kimi daha şanslı görürsünüz?
- “Neftçi” bu il qarşısına qoyduğu məqsədinə çatdı. Çempion olmaqla demək olar ki, işlərinin 98 faizini görüblər. Fürsətdən istifadə edib Böyükağa Hacıyevi təbrik edirəm. “Bakı”ya gəlincə, bu il hələ, titul qazana bilməyib. Bu mənada, onlar titula acdır. Ona görə də üstünlüyü 55 faiz onlara verərdim. Həmçinin də, digər həmkarım Novruz Əzimova da uğurlar arzulayıram. “Bakı”nın Avroliqaya vəsiqə qazanmasında onun əməyini unutmaq olmaz. Əzimov Aleksandr Starkovun bərbad günə qoyub getdiyi “Bakı”nı əməlli-başlı düzəldib uğur qazanmaqdadır. Məncə, gözəl və maraqlı bir qarşılaşmanın şahidi olacağıq.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video