Azərbaycan millisinin sabiq üzvü, “Sumqayıt”ın məşqçisi Aslan Kərimov Qol.Az-a müsahibə verib
- Çalışdığın “Sumqayıt” klubu mövsümün yekunlarına görə, I Diviziona yollandı. Bu komandada qalacaqsan yoxsa, hələ qəti qərara gəlməmisən?
- Hələ ki, gözləmə mövqeyindəyik. Çünki vəziyyətin necə olacağını bilmirik. Gözləyək görək nə qərar veriləcək, komanda gələn mövsüm hansı liqada mübarizə aparacaq. Bu mənada “Sumqayıt”dakı işimlə bağlı hələ konkret bir söz deyə bilmərəm. Ancaq milli komandadakı məşqçilik fəaliyyətimi davam etdirirəm.
- Səncə, “Sumqayıt” niyə Premyer Liqadakı yerini qoruya bilmədi?
- Çempionatın əvvəlindən də bilinirdi ki, işimiz çətin olacaq. Çünki yeni komandaydıq, heyət gənclərdən qurulmuşdu, ən əsası, mövsümün startına 10 gün qalmış bir araya gəlmişdik. Bundan başqa, yəqin ki, məşqçilər korpusu olaraq, bizlər də haradasa səhvlərə yol verdik. Demək olmaz ki, məşqçilər korpusu hər şeyi düzgün etdi, amma futbolçular bunu yerinə yetirə bilmədilər. Bütün günahı futbolçuların üzərinə atmaq olmaz.
- Mövsümün yekunlarına görə, ölkəmizi avrokuboklarda “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və “Bakı” təmsil edəcək. Komandalarımızın şanslarını necə qiymətləndirirsən?
- Avrokubok elə şeydir ki, burada şansların 50 faiz püşkün nəticəsindən aslıdır. Düşünürəm ki, “Neftçi”nin işi daha ağır olacaq. Çünki onlar Çempionlar Liqasında mübarizə aparacaqlar və potensial rəqibləri arasında da yetərincə güclü komandalar var. “Xəzər Lənkəran”, “İnter” və “Bakı”nın da işi asan olmayacaq. Məsələn, onların bəxtinə Rumıniya, Serbiya və Xorvatiya kimi ölkələrin təmsilçiləri düşsə oynamaq çətin olacaq. Bununla belə, istənilən rəqibə qarşı mübarizə aparmaq olar. Xüsusilə, “Xəzər Lənkəran”ın ən azı bir mərhələ keçəcəyinə inanıram.
- Sabiq klubun “Qarabağ”ın avrokuboklardan kənar qalmasının səbəbini nədə görürsən, səncə, onlar harada səhv buraxdılar?
- Tam olaraq deyə bilmərəm, harada səhv buraxdılar. Ancaq bu komandanın Avropada oynaması siyasi cəhətdən bizim üçün vacib idi. Ola bilsin çempionatın sonuna doğru baş verən proseslər də öz təsirini göstərdi.
- Konkret hansı prosesləri nəzərdə tutursan?
- Məsələn, Rəşadın, Adamiyanın mövsüm bitməmiş başqa klublarla razılığa gəlməsi istər-istəməz, klubdaxili atmosferə təsir edir. Bundan başqa, “Xəzər Lənkəran”dan 6 xalın alınıb, sonra yenidən geri qaytarılması da öz təsirini göstərdi. Çünki həmin xallar alınanda “Qarabağ” futbolçularında xeyli arxayınlıq yarandı ki, artıq Avropa Liqasına vəsiqəni təmin etmişik. Buna görə, “Bakı”ya kubokda məğlub oldular, ardınca çempionatda da 2:4 uduzdular. Yəni, arxayınçılığa yol verdilər ki, bu da sonda onlara baha başa gəldi.
- Bəziləri bunu arxayınçılıq yox, məsuliyyətsizlik kimi də qələmə verdi...
- Haradasa məsuliyyətsizlik də demək olar. Çünki əgər “Xəzər Lənkəran”ın hesabından 6 xal silinməsəydi, “Qarabağ” oyunlara tamam başqa motivasiya ilə çıxacaqdı.
Anar XANLAROV
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək