”Neftçi” klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Başa çatan çempionatı komandan üçün necə dəyərləndirərdin?
- Sevindirici haldır ki, dalbadal ikinci il çempionluq sevincini yaşadıq. Bununla da, keçən ilki söz-söhbətlərə son qoyduq. Birinci il çempion olan zaman çoxları deyirdi ki, “Neftçi”nin çempion olmasına hakimlər kömək edib, nə bilim, AFFA bunda maraqlıdır və sair. Yəni, yersiz və mənasız şayiələr gəzirdi. Futbolçu transfer etmədən ikinci il çempionluq yaşadıqdan sonra bəzi boşboğazları susdurduq. Qoy, gedib öz işləriylə məşqul olsunlar.
- Ola bilərmi ki, xeyli vaxt eyni heyəti qoruyub saxlamağınız çempion olmağınızda daha çox köməketdi?
- Yaxşı kollektivə malik olduğumuz üçün rəhbərlik yeni transferə ehtiyac duymadı. Çünki “Neftçi”də zəif futbolçu yoxdur. Həm legioner, həm də yerli uşaqlar kifayət qədər səviyyəli futbolçulardır. Əgər “Neftçi” bir nömrəli komandadırsa, heyətimizdə zəif futbolçu çıxış edə bilməz. Artıq komanda bir-birinə yaxşı öyrəşib. Sözsüz ki, bu amil də komandanın çempion olmasında xüsusi rol oynadı.
- Çempionla Liqasında komandanızın güclü transferə ehtiyacı olduğunu düşünmürsən?
- Düzdü, Çempionlar Liqasında uğur qazanmaq üçün güclü və səviyyəli futbolçuların transferi lazımdır. Lakin transfer edəndə də rəhbərliyin çox səviyyəli oyunçular alacağını düşünürəm. Açığı, bu mənim yox, birbaşa rəhbərliyin işləri olduğundan dəqiq bir söz deyə bilmərəm.
- Bu il Çempionlar Liqasında “Neftçi”dən nə kimi uğur gözləmək olar?
- Qabaqcadan bunu söyləmək çox çətindir. Potensial rəqiblərimiz arasında “Bazel” və “Dinamo” (Zaqreb) kimi klublar da var. Əgər o komandaların biriylə qarşılaşsaq, keçənilki kimi çətin olacaq. Unutmayaq ki, “Bazel” və “Dinamo” bu mövsüm ÇL-in qrup mərhələsində oynayıblar.
- Ümumiyyətlə, rəhbərlik Çempionlar Liqasında qarşınıza hansı məqsədi qoyub?
- Qarşımıza qoyulan vəzifə Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir.
- Sabah sizi ölkə kubokunun finalında “Bakı”yla matç gözləyir. Ümumiyyətlə, komandanın “qızıl dubl” edəcəyinə inanırsan?
- Qarşımıza qoyulan məqsədlərdən biri də kuboku götürməkdir. Lakin birinci dərəcəli vəzifəmiz çempionluq idi. Bunu bacardıqdan sonra ikinci məqsədimizi həyata keçirməyə yaxınıq. Xüsusən də, qol silahımız Bahadır Nəsimov artıq zədəsini sağaldaraq komandaya dönməsi bizi daha da ruhlandırdı. Düzdü, bəzi lazımsız söz-söhbətlər gəzir ki, güya “Neftçi” “Bakı”ya oyun verəcək. Açığı deyim ki, bu şayiələr istər-istəməz futbolçulara psixoloji təsir edir. Hər görən bizdən soruşur ki, “Bakı”ya oyunu verəcəksiniz, necə oynayacaqsınız? Hərə ağzına nə gəlir danışır. Düşünmürlər ki, heç “Neftçi” oyun alıb-satandırmı? Biz məgər bazarda işləyirik? Biz peşəkar komanda olduğumuz üçün meydana mübarizə və qələbə naminə çıxırıq. Lakin İnşallah, sabah qələbə qazanaraq kuboku başımızın üstünə qaldırmaqla, bütün xoşagəlməz söhbətərə son qoyacağıq. Çünki “Neftçi” bu gücə və potensiala malikdir. Sadəcə, 90 dəqiqə meydanda mübarizə aparmaq lazımdır.
Əli HƏYATİ
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək