Rumıniyadan səfərdən dönən “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Qol.Az-a müsahibə verib
- Öncə, səfər təəssüratlarınızı bölüşərdiniz...
- Səfərimin səbəbi məlum idi. Rumıniyada həm “Dinamo” (Buxarets,) həm də “Styaua”nın oyunlarını izlədim. Açığı, daha çox Manuel Skarlatakinin oyununa baxmağa getmişdim.
- Baxa bildiniz?
- Baxdım. “Dinamo”nun 4:1-lik qələbəsi ilə başa çatan oyunu izlədim, Skarlataki də oynadı və özünü yaxşı tərəfdən göstərdi.
- Bu futbolçunu “Xəzər Lənkəran” üçün yeni saymaq olmaz. Yəni, uyğunlaşma baxımından problemi olmayacaq.
- Düzdür, o, əvvəllər də “Xəzər Lənkəran”da oynayıb, iştirakı ilə olan oyunların kasetinə baxmışam. Amma mən elə məşqçiyəm ki, futbolçunun oyununa kasetlə yox, canlı baxaraq qərar verirəm.
- Belə başa düşdük ki, futbolçunun hazırkı durumu sizi qane edib. Klubu ilə razılıq əldə olunduqdan sonra o, komandanızın rəisi Səməd Mustafayevlə birlikdə Azərbaycana gələcək, yoxsa toplanış vaxtı kollektivə qoşulacaq?
- Yox, komanda məşqlərə başlayanda birbaşa Rumıniyadan toplanış yerinə gələcək.
- Mahir Şükürovun məsələsi nə yerdədir?
- O məsələ hələ ki, qalıb. Yaxın günlərdə aydınlıq gələcək.
- Ümumiyyətlə, Mahiri komandanızda görmək istəyirsiniz?
- Əlbəttə. Yaxşı futbolçunu hansı məşqçi komandasında görmək istəməz?
- Avropa Liqasındakı potensial rəqibləriniz də məlum oldu. Kiminlə oynamaq daha rahat olardı?
- Düzü, neçə müddətdi Azərbaycanda olmadığımdan həmin siyahı ilı tanış ola bilməmişəm.
- Qarşınıza qoyulan hədəfi müəyyənləşdirmisiniz?
- Hədəf dəyişmir: ilk mərhələni keçmək.
- Sonda bir məsələyə də münasibət bildirməyinizi istərdik. Son vaxtlar Facebook sosial şəbəkəsində sizin də profilinizə rast gəlinir ki, bu da birmənalı qarşılanmır. Həqiqətən, adıçəkilən şəbəkədə profiliniz var?
- Bilirsiniz, necədir, mən özüm də baş açmıram ki, bu nə məsələdir. Eşitmişəm ki, mənim adımı, şəklimi yerləşdiriblər, telefon nömrəmi qoyublar, mənim adımdan nələrsə yazıblar. Neçə gündür azarkeşlər zəng edirlər, təbrik edirlər. Təbrikə görə çox sağ olsunlar, amma, nömrəmi necə əldə etdikləri mənə qaranlıq idi. Demə, məsələ bu cür imiş. Onu deyə bilərəm ki, mənim adımdan profil açmaq heç kimə yaraşan hərəkət deyil.
- Yəni, sizin facebookla heç bir əlaqəniz yoxdur?
- Heç mən bilmirəm, facebook nədir, ora necə girirlər.
Anar XANLAROV
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək