“Bakı”nın qapıçısı Aqil Məmmədovun Qol.Az saytına müsahibəsi
- Artıq Marko Şarliya ilə Xalidu Sissokonu əsas heyətdən sıxışdırıb çıxarmısan...
- Elə deməzdim. Sadəcə, baş məşqçi mənə şans verir, mən də çalışıram özümü doğruldum. Şarliya və Sissoko təcrübəli qapıçılardı. Ancaq futbol elədir ki, burda rəqabət var. Baş məşqçi baxır, məşqdə kim özünü yaxşı tərəfdən göstərir, ona da şans verir.
- Nədənsə, daha əvvəl bu şans sənə verilmirdi...
- Elədir, şans verilmirdi. Amma, bu məsələyə də o qədər qarışmırdım. Əvvəl baş məşqçimiz Aleksandr Starkov idi və onun da qərarına hörmətlə yanaşıram. Hər məşqçinin öz taktikası, öz oyun fəlsəfəsi var.
- Belə demək mümkünsə, Novruz Əzimovun gəlişi sənin üçün düşərli oldu?
- Razıyam. Novruz müəllimə minnətdaram ki, mənə inandı, şans verdi.
- Amma belə bir şansı Vinfred Şafer də bir dəfə sənə vermişdi. AZAL-a 0:3 hesablı məğlubiyyət yadındadır?
- Gəlin, nə siz məndən həmin oyun haqqında soruşun, nə də mən cavab verim, olar?
- Amma istəməsən belə, bu, sənin karyerana düşmüş bir oyundur, onu silib ata bilməyəcəksən ki...
- Razıyam. Sadəcə, xatırlamaq istəmirəm. Çünki həmin oyun karyeramdakı ən uğursuz oyun oldu. Yadımdadır, həmin vaxt mənim arxamda duran yalnız klub rəhbərliyi oldu. Qalan hamı tənqid elədi, mətbuat çox üstümə gəldi. Cavan uşaq idim, səhv eləmişdim, psixoloji cəhətdən də yaxşı vəziyyətdə deyildim. Üstəlik, mətbuat da tənqid edincə... Məncə, səhv etsə də, yerli gənclərə dəstək olsaq daha yaxşı olar.
- Qarşıdan “Neftçi” ilə kubokun final oyunu gəlir. Özünü sübut etmək baxımından daha bir şansın olacaq. Bunun öhdəsindən gələ bilsən, avrokuboklarda da əsas qapıçı ünvanına sahib çıxacaqsan...
- Məqsədimiz ancaq qələbədir. Baxmayaraq ki, avrokuboklara vəsiqəni təmin etmişik, amma, istəyirik Avropaya titulla gedək. Həm də kuboku qazansaq, Avropa Liqasına II mərhələdən qoşulacağıq.
- Səncə, “Neftçi”ni məğlub edə biləcəksiniz?
- “Neftçi” çempion komandadır. Amma biz də zəif deyilik. Hətta mən deyərdim, Azərbaycanda 2-3 yüksək səviyyədə şəraiti olan klub varsa, biri də “Bakı”dır.
- Klubunda əsas heyətdə dayanmağın milidəki rəqabəti də artıracaq. Çünki bu günə kimi Kamran Ağayevlə rəqabət apara bilən yerli qapıçı yox idi. Bu məsələ ilə bağlı nə düşünürsən?
- Millidə oynamaq hər bir futbolçunun arzusudur. Mən də o cümlədən əlimdən gələni edəcəyəm ki, bu şərəfə nail olum.
- Avropa Liqasından nə gözləyirsən?
- Açığı hazırda yalnız və yalnız “Neftçi” ilə kubokun final oyununu düşünürəm.
- Ancaq Azərbaycan çempionu olmaq və kuboku qazanmaq artıq qeyri-adi qəbul olunmur. Əsas sözü Avropada demək lazımdır.
- Razıyam. Biz də əlimizdən gələni edəcəyik ki, avrokuboklarda da layiqli nəticə əldə edək, Azərbaycan azarkeşlərini sevindirək.
Anar XANLAROV
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək