"Bakı"nın stadionunda yenidənqurma işləri başladı (VİDEO)

VİDEO 15 May 2012 / 14:24 2904
-  A +

"Bakı" futbol klubunun əsas stadionunda təmir-tikinti işləri aparılır. Artıq meydançanın qazon təbəqəsi tamamilə çıxarılıb. Ölkə iqliminə uyğun olaraq yeni salınacaq yüksək keyfiyyətli ot ortüyünün altında İngiltərə texnologiyasına məxsus istilik sistemi quraşdırılacaq. Tribunların ümumi sayının isə 5000-ə çatıdırılması gözlənilir. Yenidənqurma işlərinin sentyabra kimi başa çatdırılması nəzərdə tutulub.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyevin Qol.Az-a verdiyi məlumata görə, əlavə olaraq, dörd yeni futbol meydançasının salınması da nəzərdə tutulub: “Üç min azarkeş tutumu olan qapalı zal tikiləcək. Eyni zamanda tam standartlara cavab verən, süni örtüklü bir qapalı meydança salınacaq. Həmçinin komandanın ev oyunları keçirdiyi meydançanın ətrafında əlavə tribunaların inşasına da start verilib”.


Video: supersport.az




Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu